Proqram install edə bilmirəm

Salam. Rəsmi saytdan Cinema 4d demo yükləmişəm, 4.5 gb çəkisində zip papkadır. İçinə girəndə gözlədiyim kimi quraşdırma paketi qarşıma çıxmadı.. Zip papkanı çıxardandan sonra iki element olur; Biri "Maxon start" proqramdır, Ona girəndə dil seçməyi istəyir, amma seçəndən sonra "Prosedurun giriş nöqtəsi RemoveDllDirectory Kernel32Dll kitabxanasında yerləşdirilə bilmədi" yazılır.
İkinci isə "Bin" folderidir, içində dll, xml -filan fayllar və "Maxon İnstall.exe" var.Oma girəndə də həmçinin "Prosedurun giriş nöqtəsi RemoveDllDirectory Kernel32Dll kitabxanasında yerləşdirilə bilmədi" yazılır. Readme'ləri oxuyuram, quraşdırma prosesi haqda deyil, yalnız proqramı açandan sonra help bölməsindən cinema4d'nin modunu seçmək haqdadır.
Xahiş edirəm, kömək edin.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Nurlan Yusifsoy-Xırxatalalı (2017-08-06 14:16:09)
Salam bir dəfə mənimdə başıma gəlib. Məndə Skype quraşdırılmırdı. Problem isə Microsoft İnstaller proqramında oldu. Sizdə həmin proqramı yoxlayın. bəlkə də sizdə həmin problemdi

Nurlan Yusifsoy-Xırxatalalı (2016-12-26 17:51:58)
Salam. Belkede sizin kompüterdə Microsoft İnstaller yoxdu.

Behruz7 (2016-11-30 13:01:17)
Cinema4D növlərinə görədir. Əgər After Effects, Sony Vegas Pro və s. proqramlar üçün istifadə edirsinizsə buradan köçürün. Yox əgər özünüz effektlər yaratmaq istəyirsinizsə full versiyasını buradan köçürə bilərsiniz.

Aleks (2016-11-29 22:19:54)
Bəli, saytından yükləyirdim deyə, arxayın idim, amma məncə də, nəsə başqa bir şey yükləmişəm. Sizdəkini haradan yükləmisiz, link ata bilməzsiz?

Behruz7 (2016-11-29 19:36:03)
Məndə Cinema4D işlədirəm, amma ölçüsü 4.5GB deyil, azdır. Siz düzgün proqramı köçürməmisiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Office 2007-nin quraşdırılmasında problem

Linux Install Uninstall Error [ubuntu]

Autocad install etmek

Androiddə install SD or Phone sorğusu

Ubuntu error

Opera-da Update gələn yenilikləri qəbul edim?