Websayt quruculuğu üçün hansı dillər lazımdı?

Salam, dostlar. HTML və CSS’i çoxdan bilirəm, amma bilirsiz., tək onlarla yığılan sayt ,demək olar, sayt sayılmır. Mən əvvəllər elə zənn edirdim, qeydiyyat, mesaj, bildiriş və s. funkaiyaları eləmək üçün, sadəcə, PHP lazımdır. Amma PHP öyrənməyə başlayanda onun gözlədiyim kimi geniş olmadığını, mən deyən funksiyalar üçün verilənlər bazası termininin də istifafə olunduğunu öyrəndim. Sualım isə belədir ki, HTML, CSS, PHP öz yerində, dinamik saytları yığmaq üçün konkret olaraq başqa hansı dil lazımdır?
MySQL, yaxud SQL haqda tez-tez görürəm, amma hansı lazımdı? Baxmışdım, deyəsən, eyni şey deyildilər, MySQL bilməyə köməyi var idi SQL’ın, blah, blah, blah 🙂 Nəyi öyrənməliyəm indi? Bir də tam öyrənməliyəmmi? Təşəkkürlər


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(10:57, 06/12/2016 ) #66273

Salam.
1. HTML və CSS-i bilirəm demək çox asandır. CSS çox geniş bir sahədir. Məsələn css transtition, keyframes, animation duration bilirsinizmi sərbəst şəkildə? Media query-lərlə sərbəst işləyə bilirsinizmi?
Və ya html-də çox vacib şeylərdən olan Viewport nədir?
Bir az içlərdən sual verdim ki önyarqını ləğv edəsiniz özünüzdə. Bilirəm demək asandır, bilmək çox çətindir.

2. PHP sintaksisi asan görünə bilən dildir, profesional php developer olmaq üçün hər gün çalışsanız belə bir neçə il vaxt lazımdır, şəxsən mənə görə 3 il vaxt lazımdır ən azı ha. Yəni çətinliyin miqyasinı yəqin ki təsəvvür etdiniz.

Məqsədim ruhdan salmaq deyil, əsla. Əksinə dərhal başlamaq lazımdır, amma ÖNYARQI olmadan. Asanmış, bilirəmmiş demədən.
Veb proqramlaşdırmada sərbəst işləmək üçün zamanın tələblərini təxmini deyim:

Backend səviyyədə proqramlaşdırma üçün:
PHP, PHP OOP, MySQL bilikləri vacibdir.
Sonra artıq Framework-lərə keçmək olar.(Laravel, Codeigniter və.s.)

Frontend səviyyədə proqramlaşdırma üçün:
HTML4(sadəcə HTML də deyirik), HTML5(müəyyən başlanğıc səviyyədə), JavaScript(ən çətini budur, illər laızmdır öyrənməyə, amma əvvəli asandır), CSS.
Sonra artıq Library və Framework-lərə keçmək olar(jQuery, Bootstrap, ZUPR Foundation və.s.)

İlk başlayan üçün isə ardıcıllıq belədir fikrimcə.
HTML, CSS, Javascript
PHP, MySQL.

Hər biri üçün w3schools.com kimi saytlarda sıfırdan dərslər var.
Bu dediyim mərhələni keçmək elə təsəvvür edin ki universitetə qəbul olmaq kimidir. Yəni vacib addımdır, amma universiteti hələ bitirmək var irəlidə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:24, 06/12/2016 ) #66276

    Hə, dərsimi əla verdiz 😀 ..HTML və CSS’də Adətən özüm üçün lazım olan şeyləri idarə edərkən şüur altımda bilirəm kimi saxlanmışdı. Amma hətta adam bilsə də, “bilirəm” demək dərin anlayışdı. Deyərək tamamilə səhv elədim, bildirdiyiniz üçün təşəkkür)

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:17, 07/12/2016 ) #66279

Sən gah animator olursan , gah da guya ki, proqramçı 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (4 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024