Websayt quruculuğu üçün hansı dillər lazımdı?

Salam, dostlar. HTML və CSS'i çoxdan bilirəm, amma bilirsiz., tək onlarla yığılan sayt ,demək olar, sayt sayılmır. Mən əvvəllər elə zənn edirdim, qeydiyyat, mesaj, bildiriş və s. funkaiyaları eləmək üçün, sadəcə, PHP lazımdır. Amma PHP öyrənməyə başlayanda onun gözlədiyim kimi geniş olmadığını, mən deyən funksiyalar üçün verilənlər bazası termininin də istifafə olunduğunu öyrəndim. Sualım isə belədir ki, HTML, CSS, PHP öz yerində, dinamik saytları yığmaq üçün konkret olaraq başqa hansı dil lazımdır? MySQL, yaxud SQL haqda tez-tez görürəm, amma hansı lazımdı? Baxmışdım, deyəsən, eyni şey deyildilər, MySQL bilməyə köməyi var idi SQL'ın, blah, blah, blah :) Nəyi öyrənməliyəm indi? Bir də tam öyrənməliyəmmi? Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Pr0graMMeR ELviN (2016-12-07 00:17:22)
Sən gah animator olursan , gah da guya ki, proqramçı :)

Aleks (2016-12-06 18:24:36)
Hə, dərsimi əla verdiz :D ..HTML və CSS'də Adətən özüm üçün lazım olan şeyləri idarə edərkən şüur altımda bilirəm kimi saxlanmışdı. Amma hətta adam bilsə də, "bilirəm" demək dərin anlayışdı. Deyərək tamamilə səhv elədim, bildirdiyiniz üçün təşəkkür)

E. Hacı (2016-12-06 10:57:19)
Salam. 1. HTML və CSS-i bilirəm demək çox asandır. CSS çox geniş bir sahədir. Məsələn css transtition, keyframes, animation duration bilirsinizmi sərbəst şəkildə? Media query-lərlə sərbəst işləyə bilirsinizmi? Və ya html-də çox vacib şeylərdən olan Viewport nədir? Bir az içlərdən sual verdim ki önyarqını ləğv edəsiniz özünüzdə. Bilirəm demək asandır, bilmək çox çətindir. 2. PHP sintaksisi asan görünə bilən dildir, profesional php developer olmaq üçün hər gün çalışsanız belə bir neçə il vaxt lazımdır, şəxsən mənə görə 3 il vaxt lazımdır ən azı ha. Yəni çətinliyin miqyasinı yəqin ki təsəvvür etdiniz. Məqsədim ruhdan salmaq deyil, əsla. Əksinə dərhal başlamaq lazımdır, amma ÖNYARQI olmadan. Asanmış, bilirəmmiş demədən. Veb proqramlaşdırmada sərbəst işləmək üçün zamanın tələblərini təxmini deyim: Backend səviyyədə proqramlaşdırma üçün: PHP, PHP OOP, MySQL bilikləri vacibdir. Sonra artıq Framework-lərə keçmək olar.(Laravel, Codeigniter və.s.) Frontend səviyyədə proqramlaşdırma üçün: HTML4(sadəcə HTML də deyirik), HTML5(müəyyən başlanğıc səviyyədə), JavaScript(ən çətini budur, illər laızmdır öyrənməyə, amma əvvəli asandır), CSS. Sonra artıq Library və Framework-lərə keçmək olar(jQuery, Bootstrap, ZUPR Foundation və.s.) İlk başlayan üçün isə ardıcıllıq belədir fikrimcə. HTML, CSS, Javascript PHP, MySQL. Hər biri üçün w3schools.com kimi saytlarda sıfırdan dərslər var. Bu dediyim mərhələni keçmək elə təsəvvür edin ki universitetə qəbul olmaq kimidir. Yəni vacib addımdır, amma universiteti hələ bitirmək var irəlidə.