Ən yaxşı CSS framework

Salam. Sayt dizaynı üçün münasib CSS framework seçimində kömək etməyinizi xahiş edirəm. Müqaisəli şəkildə olsa, daha yaxşı olar. Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Firuz Hacıyev (2016-12-15 02:10:35)
Mənim fikrimcə də ən yaxşı və alt yapısı daha güclü olan framework Bootstrap'dı. Yenilikləri izləyib ona uyğun güncəlləmələr də gətirirlər.

E. Hacı (2016-12-09 12:37:36)
960gs, Blueprint - fikrimcə bunlar dövrü keçmiş freymvörklərdir. 5-6 il əvvələdək onlar çox aktual idi, yararlı idi, şəxsən özüm istifadə edirdim, amma mobile first erası başlayandan və css freymvörklər javascript komponentlərlə zənginləşdirərək Frontend freymvörkə çevriləndən sonra o dövrün xalis CSS fw-ləri mənə görə öldü

ahmed (2016-12-09 12:18:52)
Blueprint haqqında nə deyə bilərsiz?

E. Hacı (2016-12-09 12:05:40)
Salam. Bootstrap digərlərindən kəskin şəkildə irəli gedib deyə düşünmədən Bootstrap deyirəm. Digər yaxşı olanlar da çoxdur, saysızdır, amma komponent və 3rd party library baxımından Bootstrap-la müqayisədə kasıbdırlar. Zurp Foundation, Google Material Lite, Materialize və.s. normal fw-lar var.