İngilis Dili Kursu

Salam.Mən İngilis dili kursu axtarıram,ingilis fili səviyyəm çox aşağıdı mənə uyğun kurs axtarıram.Mənə məsləhətli kurs lazımdır hansı kursu önərsəniz məlumat linki verin. İndidən TƏŞƏKKÜRLƏR.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Şükür Hüseynov (2016-12-12 21:12:16)
Salam Ingiliscə güclü bilənlər daha yaxşı məlumat verər yəqin ki, ancaq mən də öz fikrimi yazım. Əgər qrammatikanı bilirsinizsə, yəni sırf danışığı başa düşmək və danışmaq üçün kursa getmək istəyirsinizsə, kursa getməyin heç bir mənası yoxdu. Danışığı bilmək üçün, çoxlu cizgifilmlərə, filmlərə, danışıqlara qulaq asın. Sonra öyrəşəssiz və yavaş-yavaş başa düşəssiz. Mən özüm də bu üsuldan istifadə edirəm və bir cizgifilmə bir neçə dəfə baxıram. Artıq hiss edirəm ki, yavaş-yavaş nəsə alınır. Əgər qrammatikanı çox aşağı bilirsinizsə, müəyyən bir müddət kursa getmək olar. Kursda qrammatikanı öyrəndikdən sonra, danışıq üçün daima öz üzərinizdə işləməlisiniz. Amma 4-5 aya tam dil öyrədir deyilən kurs olsa inanmayın. Onlar ancaq qrammatikanı, az-maz da danışığı öyrədə bilərlər, ancaq tam öyrədə bilməzlər. Tam öyrənmək sizin əlinizdədir. Bəlkə də nisbətən yaxşı öyrədənlər var, ancaq mən inanmıram. Belə baxaq, məktəb vaxtı illərlə ingilis dili keçilir, sonra universitetdə də hamıya ingilis dili keçilir. Amma axtarsaz, İngiliscə səlis danışıb-başa düşə bilən çox az adam taparsız. Mən buradan belə nəticə çıxardıram ki, əgər 5-6 aylıq kursla yüksək səviyyədə dili öyrənmək olsaydı, elə məktəb, universitet vaxtında hamı öyrənərdi. Kurs dediyim kimi, sadəcə qrammatika, az-maz danışıq öyrədə bilər, qalanı öz əlinizdədir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

GTA Oyunlarına dizayn vermə kursları

Java-nı öyrənmək

c# və ya java üçün fərdi müəllim-kurs tövsiyyəsi

KOMPYUTER KURSLARI HAQQINDA MƏLUMAT ALMAQ

CISCO kursları haqqında

Məsləhətli AutoCAD kursu