1 portlu modemi iki komputerə taxmaq

Salam dostlar ) Məndə modem bir portludur təkcə bir komputerə taxıram. Ancaq indi istəyirəm ki bu modemi iki komputerə taxım və hər iki komputerdə internet işləsin. İnternetdə axtardım, deyəsən switch almaq lazımdır. Switch alıb qoşsam, proqram cəhətdən əlavə nəsə qoşmağa ehtiyac qalmayacaq? Kabelləri taxdıqdan sonra normal işləyəcək? Ən əsas qoşduqdan sonra internetin sürəti ikiyə bölünəcək? Bir də Switch-in ən aşağı portlusunun qiyməti neçəyədir? Öncədən Təşəkkürlər :)

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

selef (2016-12-16 02:04:41)
qardaşın dediyi kimi eger modemde wifi (vlan) varsa o biri komyutere usb wifi adapter al qoş bu sənə daha ucuz başa gələr

Şükür Hüseynov (2016-12-15 21:30:09)
Təşəkkürlər :) Modem bahadı axı :D

Orxan Mirili (2016-12-15 17:57:19)
Salam Switch almaqdansa 4 portlu modem al. Əgər switch alsan heç bir proqrama və ya hər hansı bir ayarlara ehtiyac yoxdur. Sadəcə svitch-in adapterin taxacaqsan və sənə iki komputeri qoşmaq üçün 1 lan kabeli modem dən svitch-ə qədər lazımdır və 2 lan kabel də svitch-dən komputerlərə. ən az portlu 5 portludur sənə də ən azı 3 port lazım olacaq svitch-də. Əgər modem-də vlan varsa svitch-ə ehtiyac yoxdur. Bir komputeri vlan-la o birin də lan kabelnən bağlaya bilərsən şəbəkəyə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Qonşunun telefon xətti ilə yeni internet

google chrome reklamları yığışdırmaq

Çox istifadəçi üçün Wifi Modem Tövsiyyəsi

TP-Link TD-W8151 modemində Wi-Fi əlaqə problemi

Ən keyfiyyətli Wi Fi modemi

İnternetə qoşulmaqla bağlı problem