Online satış qazancı təsdiq etmə

Salam. Satış saytı olan biri bunu əsas göstərərək bankdan kredit götürə bilərmi? Məsələn mənim işyerimdən gəlirim var və əlavə gəlir olaraq satış saytım ilədə qazanıram. Aylıq 400 azn maaş 500+ azn satış saytından qazanıram. Belə şəraitdə bankdan kredit götürə bilərəm? Əgər olursa mən Online satışdan qazancımı necə təsdiq edə bilərəm? Vergimi vaxtı vaxtında ödəyirəm. Bilən varsa çox xahiş edirəm məlumat versin. Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2016-12-18 23:04:21)
Çox sadə,qazanc qanunidirsə deməli VÖEN hesabınızdan çıxarış ala bilərsiniz bankdan. Yəni online qazancın da bir sənədi olur hər halda

icco (2016-12-18 22:46:59)
Mən saytq azancıyla kredit götürmürəm. Hər bankda əlavə gəlir mənbəği göstərmək olur. Bu taksilikdə olur, digər şeylərdə. Saytda bunların içərsindədi. Mənim sualım verib verməməsi deyil sadəcə qazancı necə təsdiq etmək olar onu maraqlanıram

Channel (2016-12-17 01:50:48)
Azərbaycan bankları əsasən dövlət işində və yaxud maaşı olan işlərdə işləyənlərə kredit verir. Saytdan qazanılan pulu sabit olmadığı üçün etibarlı hesab etmir banklar. Ona görə də böyük ehtimala bank pul verməyəcək.