proqramist haqqında məlumat öyrənmək

proqramist adlı sahə yoxdu--- komputer elmləridi? proqramistliyin kecid bali nə qədərdi? proqramistliyin orta geliri 1 ayda nə qədər olur?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

insafsiz (2017-04-14 22:59:04)
Dövlət öfənişli yerlər 2015-ci ildə 120-ikən , 2017-ci ildə 140-a yaxınlaşırdı.Qəbul balları BDU və ADNSU üçün təxminən eyni olsada , qəbul balı aşağı enib. Yuxarı 600+ bal toplayan tələbələr yenədə var , amma daha yuxarı bal toplaya tələbələr köhnə adı ilə Qafqaz və ya BANM seçirdilər.

E. Hacı (2016-12-21 13:17:56)
vay ballar elə düşüb? qəbul yeri artıb ya ümumən yuxarı bal yığan azalıb? Bizi vaxtı ən azı mən müşahidə elədiyim 6-7 il ərzində 610-620dən aşağı düşməzdi o ixtisasın keçid balı. (hətta ixtisasın birində 650+ idi, deyəsən 3-4 il əvvəl hamsını birləşdirdilər o ixtisasların)

insafsiz (2016-12-21 02:26:04)
BDU-de komputer elmlərinin ödənişdiz qəbul balı 2015-ci ildə 553 idi , bu il- 2016-cı ildə təxminən 530 oldu . Sanmayın ki bu ixtisasa qəbul olmaqla Siz universiteti bitirdikdə proqramçı olacaqsız. Bu tam olaraq sizin əlinizdə olan bir şeydi. BDU-də ilk kurs öyrədilən 11 fənndən 3-ü yalnız İT sahəsin aiddir. Siz öz üzərinizdə məşğul olmadan , hər gün praktika edib proqram yazmadan , internetdən ,kitablardan oxumadan proqramçı ola bilməzsiz.Siz özünüz öz üzərinizdə işləmədən heç cür proqramçı ola bilməzsiz.

Orxan Mirili (2016-12-18 07:10:50)
Bir sahəyə, ixtisasa yiyələnmək istəyirsənsə puluna baxma həvəsin, istəyin olanı və öhdəsindən gələ biləcəyin istiqamətə yol tut. Unutma ki, kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan.

E. Hacı (2016-12-17 11:42:52)
Bəli, ixtisas olaraq kompüter elmləri daxilində bölmədir. Keçid balı ödənişsiz ixtisasa adətən 620-650 bal civarında olur. Ödənişli isə yəqin ki 450-550. Orta gəlir baxır proqramçının təcrübəsinə və işlədiyi yerə. Təxmini sayım bir neçəsini: Məsələn özəl və dövlət sektorunda işləyən az təcrübəli proqramçı alar - 350-500. Özəl və dövlət sektorunda orta təcrübəlilər alır 500-1200. Dövlət sektorunda işləyən çox təcrübəli proqramçı alar 1000-1600. Özəl sektorda işləyən çox təcrübəli proqramçı alır 1500-3000. Fərdi fəaliyyətlə məşğul olan təcrübəli proqramçı qazanar aylıq 2000-5000. və.s.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hansı məzmunda (Content) “YouTube” Kanalı açsam Müəllif hüququnu pozmadan gəlir əldə edə bilərəm

Saytdan gəlir əldə etmək üsulu

maaşı öyrənmək

Saytdan gəlir əldə etmək

“YouTube”da bu məzmunda olan Kanallar gəlirlərini haradan, necə əldə edir?

SOCAR İstiqrazları haqqında nə bilirsiz? Almağa dəyər?