Dokumentlərin açılmaması

Hər kəsə salam çox maraqlı bir hadisə isə qarşılaşmışam başqa bir komputerdən bu gün bir fayl yüklədim fləş kartıma dokument idi suallar yazılmışdı içərisində windows 10 idi proqramı o komputerin məndə isə 8 dir. gətirdim dokumenti açdım çoxlu # işarələri gəlir araşdırdım cavab tapa bilmədim köməklik etsəz sevinərəm

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

E. Hacı (2016-12-21 22:51:17)
Onda faylda zədə var.

Maqa (2016-12-21 22:42:59)
bəli faylı seçdim yazır ki yükləmə zamanı problem yarandı

E. Hacı (2016-12-21 22:23:52)
docs.google.com ilə açmağa cəhd etmisiz?

Behruz7 (2016-12-21 21:59:30)
Siz faylı mənə göndərsəniz həll edib verərəm.

Maqa (2016-12-21 20:53:15)
mümkün olan vasitələrdən istifadə etmişəm başqa problemdir belə asan olsa idi həll edərdim

Behruz7 (2016-12-21 17:51:19)
hmm. Deməli OpenOffice docx-u dəstəkləmir. Onda siz plugin köçürməlisiniz. Burdan docx seçərək yükləyin. Alınmasa internetdə çeviricilər (converter) var. Docx-u odt-a çevirin.

Maqa (2016-12-21 17:47:59)
şrift problemi deyil mən docx uzantısı yüklədim digər komputerdə ancaq öz komputerimdə libreofficelə odt kimi açdım

Behruz7 (2016-12-21 17:02:50)
Mətnin üzərinə vurub Ctrl və A nı basın. Sonra şriftlərdən Arial-ı seçin düzələr bəlkə