Azərbaycanda bu cür kompyuter yığdırmaq olarmı?

Salam. Mən kompyuter yığdırmaq istəyirəm. Sualım isə budur. Aşağıda verdiyim hissələrdən mənə kompyuter yığa bilən bir yer var Azərbaycanda? Ümumiyyətlə mən Bakı ərazisində profsional kompyuter yığan biri tapa bilərəm? Onu deyimki yığdırmaq istədiyim sistem çox bahalı və güclüdür. Buyurun baxın. 2000 dollarlıq sistemim. Topladığım sistem budur: Intel Skylake Core i7 6700K 4.0GHz 8MB Cache LGA 1151 Prosessor MSI Z170-A PRO Intel Z170 3200MHz O.C DDR4 ATX Ana lövhə Kingston DDR4 16GB (2x8) HyperX Fury Black 2400MHz Ram MSI GTX980 Gaming 4GB 256Bit GDDR5 Ekran kartı (videokart) Seagate Barracuda 2TB 7200 RPM 64MB Ön Bellek 3.5" SATA III DISK - HDD Samsung 850 Evo 250GB 540-520MB/s - SSD ASUS DRW 24F1MT SATA DVD-RW Optik Disk Cooler Master CM X6 Intel ve AMD uyumlu CPU Sərinləşdirici Cooler Master MasterCase 5 USB 3.0 Mid Tower Modüler Kasa SilverStone 750W 80+ Platinum Strider Tam Modüler Qida bloku

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

insafsiz (2016-12-25 18:45:24)
Çox düzgün seçimdir, xeyirli olsun.

Behruz7 (2016-12-25 18:39:19)
MSI GeForce GTX1070 GAMING X 8G 8GB GDDR5 256Bit bunu seçdim

Maqa (2016-12-25 17:56:33)
prosessor və monitor istədiyinizi tapa bilərsiniz ancaq videokarta və platanı deyə bilmərəm ancaq mənə demişdilər ki istənilən hissəni gətirə bilərik yenə də soruşsaz yaxşı olar

insafsiz (2016-12-25 17:32:48)
Həmçinin yeni nəsil GTX 1060 daha münasib qiyməti ilə ( Azərbaycan saytlarında təxminən 150-200 manat ) GTX 980 ilə eyni performansı verə bilir. Benchmark testlərin izləyə bilərsiz.

selef (2016-12-25 17:27:41)
haçandan msi yüksək- asus zəif olub? seagat - wd dan samsung hansi pc malı yaxşıdır ki? məndə 17 ilin təcrübəsinə arxalanıb deyirəm fikir versəniz - sadəcə olaraq mən sizə məsləhət gördüm

insafsiz (2016-12-25 17:18:44)
Xüsusi bir məqsəd yoxdursa , GTX 980 almağınızı tövsiyə etməzdim , Azərbaycan saytlarında təxminən 1100-1200 manat qiyməti arasında satılır ,soyutmasından və istehsalçısından aslı olaraq , hansı ki o qiymətə yeni , müasir , daha performanslı GTX 1070 ala bilərsiz özüdə təxminən eyni qiymətə . ( compstore.az , amazoncomp.az saytı buyrun bu saytlardan qiymətləri müqayisə edin ) amazoncomp.az bu saytda istədiyiniz məhsullar olub-olmadığın araşdırın , mağazalarına yaxınlaşın sifarişinizi verin sizi üçün PC-nizi yığacaqlardır. Şəxsi tövsiyəm isə özünüz PC-nizi yığmağınız olacaqdır.

Behruz7 (2016-12-24 20:25:52)
Aha. Düzgün cavabı aldım. Bəs yaxşı orda mən dediyim kimi güclü sistem hissləri vardır. Mən birdəfəlik 2000$ a kompyuter yığdırmaq istəyirəm. Ona görə soruşdum.

Maqa (2016-12-24 20:23:23)
bəli niyə də olmasın ki mənim tanıdığım var 28 mayda bestel dükanı var çox super işçiləri var bilmirəm ora sizə ucuz gələr ya yox ancaq təcrübəli işçiləri var özüm ordan almışam komputer üçün bir çox aksessur tövsiyyə edirəm

Behruz7 (2016-12-24 20:16:29)
Qardaş sənin xəbərin var ki mənə ən zəif şeyləri təklif edirsən )) Mən bu iş üzrə profsianalam. Bilirəm nəyi seçirəm. Mənim sualım bu olmadı axı özdə. Mən dedimki Azərbaycanda belə sistem yığa bilən bilikli adamlar var?

selef (2016-12-24 18:12:01)
1. materinka Msi dense Asus götürün Video kartada həmçinin 2. hdd Segatdan - sa WD götürün 3. SSD Samsungdasan - Corsair yaxşıdı bunlara əsas diqqət et materinkanı böyük götür gələcəkdə 2 vga qoşulmasını nəzərə al həmçini blok pitaniyani 1000 watt götür 8 gb kifayyətdir sonra 8 artırmaq olar hdd həmçinin imkan düşdükcə artırmaq olur. əsas bunlara çox pul ayır. Materinka. Cpu. Blokpitaniya. vga .Keys o birlerini sonrada artirmaq asandir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Bestbuy-dan necə məhsul gətirmək olar

Kompyuter bilikləri haqqında Dərslik (Azərbaycan dilində)

Kompyuter sönmür.

Kompyuterin özünün sönməsi üçün proqram

komputerim çox zəifləyib

Komputeri flash cardla necə format eləmək olur?