Bankdan vergi barədə mesaj

Salam bankdan belə bir mesaj gəldi. http://www.bankrespublika.az/uploads/Vergiler_elaveler.pdf İndi bu vergini ödəməmək ücün nə etmək olar sizcə? Xaricdə plastik kartim var ama azərbaycandan ora pul köcürdəndə faiz vergi tutacaq.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Zager Turk (2017-01-01 00:28:31)
Başa düşmədim bu yanvarda alacağım ödəmədən 10 faiz çıxacaqlar yoxsa necə ? çünki mən kapital bankla alıram vergi ayrı 4faiz verirəm əlavədə verəcəm? Bu arada siz hansı bankla çalışırsız ve faiz və şərtləridə yazın zəhmət olmasa

E. Hacı (2016-12-31 21:37:09)
Təbii, mən də istəmərəm olsun belə şey. Amma reallıq budur, kasıb ya varlı, hər yerdə var bu vergi. Ümid edək ki fiziki mallara aid yeni qərar çıxmayacaq.

Billy (2016-12-31 20:35:12)
Məllim avropa amerika işçiyə verir minimum 2000 usd maaş. Bu qədər gəlirlə artıqllamasıyla bütün VAT & tax and fee ləri ödəmək olur. Ancaq bu ölkədə ortalama insan 160 usd(300azn) maaşlıq iş tapanda insan sevinir. Camaat bu pula görə necə il universitet oxuyur. Nəyi qoyub nə danışırlar. Bilmirlər insanları necə soysunlar.

E. Hacı (2016-12-31 19:11:21)
İlk öncə qeyd edim ki, bu hələ ki məhsullara aid deyil. Yəni internetdən nəsə mal alanda buna aid olmayacaq. Qumara, reklamlara, proqram alışına, hansısa xidmət ödənişinə aid olacaq. İkinci onu deyim ki, bu qayda dünyanın demək olar bütün ölkələrində var. Yəni tutaq ki Avropaya və ya Amerikaya getsəz, daha artıq faiz tutulur orda. Bizdə hələ ki gömrük güzəşti var 1000 dollardan az mala, orda yoxdur. ƏDV isə hər yerdə var. Mən də istehskakçı kimi təbii ki istəməzdim bu olsun, mənim də cibimə zərərdir, amma düzünə qalanda olmalıdır ƏDV, haqqına deməm lazımdır. Qaldı verməməyə - tək yol odur ki pulu xaricdə qazanasız və xarici hesabınıza köçürəsiz. O halda bu pulun bir növ Azərbaycana aidiyyatı olmur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Azərbaycan Çin dili luget kitabi dictionary.

Telefon sifarişi

Pnevmat tir almaq icazəsi

sifariş gömrükdə

A kateqoriyasına imtahan vermək istiyirəm

Telefon nömrəsi lazımdır.