Komputerin insan üçün təhlükəsi

Salam dostlar ) İlk öncə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə hamınızı təbrik edirəm :) Yeni ildə hər kəsə xoş günlər, proqramçılara isə xoş günlərlə yanaşı Errorsuz kodlar arzulayıram ) Sualım budur ki, komputeri üstü açıq şəkildə işlətməyin insan həyatı üçün bir təhlükəsi varmı? Yəni səhvən adamın əli Ana Platada bir sxemə, elementlərə dəyərsə, bunun insan həyatı üçün təhlükəsi ola bilərmi? BİOS-da yazılıb ki 5,12 V gərginlik var. Ancaq elementlərdə yüksək cərəyan ola bilər? Öncədən təşəkkürlər bir daha Bayramınız Mübarək :)

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2016-12-31 14:31:21)
Salam. Siz deyən hissələrdə hər hansı yüksək gərginlik olan hissə yoxdur, yüksək gərginlik olan tək yer qida bloku qutusudur. 220V gərginlik qida blokuna daxil olur, oradan isə artıq aşağı gərginlik çıxır. Yüksək çıxsa zatən kompüter dərhal əriyər xarab olar və.s. Laptoplarda isə bu proses kompüterdən kənarda, adaptorda həll olur deyə o bu baxımdan daha təhlükəsizdir. Amma yenə də ehtiyatlı olmaq, açıq işlətməmək düzgündür.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hansı sayt daha yaxşıdı?

Dubay online telefon satışı?

Ubuntu Notepad++ əvəzedici

İphone 5s Yoxsa Samsung galaxy s4

Samsung rəsmi istehsalçısı

Paypal barədə sualım var