PayPal ilə pul qəbulu

Salam. Bayaq baxdım Paypal pul qəbul edən ölkələr siyahısına Azərbaycanı da daxil edib. Bu nə qədər realdır? Artıq rahatlıqla başqa ölkədən bizə Paypalla pul göndərə bilərlər?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2017-01-02 15:16:16)
Eyni şeylər yazılmayıb. Gürcüstan landingində pul qəbulu slaydları da var, bizdə isə ancaq ödəmək barədə məlumatlar. Ümumi siyahı linki isə paypalın olduğu ölkələrdir, nə işləyir nə işləmir ona aid siyahı deyil o.

Behruz7 (2017-01-02 13:59:13)
Siz dediyiniz linkdə sadəcə ölkə seçimi üçün Azərbaycanı göstəriblər, bu Azərbaycandan ödəməni ala bilmək demək deyil, çünki bu çoxdan belədir.

Breathtaking (2017-01-02 13:44:15)
Eyni şeylər yazılıb axı bu linklərdə. Bura baxın. Bu siyahıda bizim ölkənin adı da var.

E. Hacı (2017-01-02 13:26:47)
Salam. Nəyəsə yanlış baxmısınız, orada elə şey yoxdur. Azərbaycan üçün landing page budur: https://www.paypal.com/az/webapps/mpp/home Müqayisə üçün Gürcüstan linkinə baxıb fərqi aşkar görə bilərsiniz https://www.paypal.com/ge/webapps/mpp/home