Yeni gömrük rüsumları necədir?

Salam. İki dənə sualım var. Ali expressdən alış veriş edirəm. Keçən dəfə sifariş verəndən 1 aya malım çatmadı. Satıcıyla əlaqə saxladım. Malımın gömrükdən geri qaytarıldığını və pulumu geri ödəyəcəyini dedi və ödədi. Ancaq bizim gömrükdən bununla əlaqədar mənə heç bir xəbər verilmədi. Və içərisindədə geri göndəriləcək bir mal yox idi. Sadəcə aksesuar idi. İkincisidəki mən Naxçıvandayam yeni qanunlarla əlaqədar mən gömrük rüsumunu sifariş verən zaman necə ödəcəyəm?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2017-01-02 19:11:33)
1. Icazə verilməyən mal olanda belə olur. Yəqin ki belə bir mal imiş aldığınız. rüsumla əlaqəsi yoxdur. 2. Rüsumlarda heç bir dəyişiklik yoxdur. Əvvəl necə idisə indi də elədir