payoneer karta necə pul yükləyib təsdiqlətmək olar?

Salam bilən varsa yazsın xahiş.araşdırdım saytda konkret tapmadım. payoneer karta pul yükləyib təsdiqlədən olub?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

geceyolcusu644 (2017-01-04 19:36:17)
orda belə bir sey yazılmışdı səhv etmirəmsə.ola bilər ki mən də səhv anlamışam

geceyolcusu644 (2017-01-04 19:35:27)
salam təşəkkür bilirəm yəni illik xidmət haqqı söhbətini,ilk fürsətdə çıxdıqlarını bilmirdim. amazon.com da satış üçün almışam lakin amazon da qeydiyyat yubanır görək alınır.bu barədə məlumatınız var?

E. Hacı (2017-01-03 23:23:38)
Və bir də. Kart pulsuz deyil. İllik 30$a yaxın xidmət haqqı var. Fürsət olan kimi(hesabınıza qazanc daxil olanda) pulu hesabınızdan çıxacaqlar.

E. Hacı (2017-01-03 23:16:54)
İçinə pul qoymaq yox pul gəlməsi lazımdır aktivləşməsi üçün. Mən 6 ildir işlədirəm 2 kart dəyişmişəm və heç vaxt ora pul yükləmək anlayışı ilə rastlaşmamışam. Hər ikisində aktivləşmə ora pul gəldikdən sonra olub. Yəni mən ora yuklədikdən sonra yox, mənə hardansa pul gəldikdən sonra. İndi bilmirəm bəlkə doğurdan da sizdə o cür yazılıb təzə qaydaları var və.s. Amma payoneer-in iş prinsipi odur, paypal kimi deyil, yalnız pul qəbulu üçündür.

geceyolcusu644 (2017-01-03 19:50:06)
Salam bunu mən də bilirəm,mənim verdiyim sualın cavabı bu deyil,mən kartı sifariş etmişəm pulsuz və gəlib çatıb lakin kağıza yazılıb ki kartı aktivləşdirin və işlətmək üçün içinə pul qoyub verify edin

E. Hacı (2017-01-03 13:15:46)
Payoneer pul köçürmək üçün yox, pul qəbul etmək üçündür. Ödəniş edirsiniz saytda və sizə poçtla hazır aktiv kart göndərirlər, vəssalam