Çindən mal gətirmək haqqında

Salam. Özüm Çindən və Türkiyədən mal gətiirb online satmaq istəyirəm (Öz saytım ilə) birneçə sualım var. Çox xahiş edirəm bilirsizsə köməyinizi əsirgəmiyin. 1. Hal hazırda hansı Banklarda dollarla kart almaq olar? (Vəya online alışverişlər üçün məsləhət bildiyiniz bir bank varmı). Və əlavə olaraq sualım odurki yeni qaydalara görə online alış verişdə vergi tutlacaq? Yeni qaydanı dəqiq bilmirəm zəhmət olmasa bu haqdada məlumat verərsiz. 2. Kiçik məhsullar poçt vasitəsi ilə gəlir bəs böyük və ağır məhsullar mənə necə çatır? Məsələn mə ümumi dəyəri 1000 dollar olan 2000-3000 ədəd bir mal aldım. buda 3-4 böyük qutuda oldu. Belə olduğu halda bu məhsul Azərbaycanda hara kimi gəlib çıxır? Elə gömrükdə saxlanılır yoxsa necə? Və əgər gömrükdədirsiə məndən əlavə xərc alacaqlar əgər alacaqlarsa nə adla bu xərci alacaqlar. 3. Birdə çox xahiş edirəm Çindən mal gətirib burda satmaq haqqında ətraflı məlumat verərsəniz çox şad olaram. Bu işdə yeniyəm hərşeyin düzgün olmasını istəyirəm. Əsasən Alibabadan toplu şəkildə məhsul alacam.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Maqa (2017-01-08 01:15:29)
bank kartları ilə bağlı yetərincə məlumat var bu saytda axtarsaz taparsız qaydalar həmin ki kimi əvvəl necə idi indi də elə olacaq məhsullar müxtəlif cürə istər dəniz istər quru yolu ilə daşınır. o qədər malı birincisi sizə vermiyəcəklər siz gərək mala rüsum ödəyəsiniz ondan sonra Azərbaycanda bütün poçtla gələn mallar gəlir poçt daşınması xidməti var oraya ( xatırladım ki çox nəhəng depoları var) rüsum tətbiq olunsa sizə sms məktub və ya zəng edərək çağıracaqlar oraya qaldı ki ilk dəfə üçün o qədər də böyük riskə girmək düzgün deyil aşağıdan başlayın yoxsa bahalıya partlar Uğurlar ))

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

mene bu videodaki mahni adi lazimdi

Ebaydan Ayfon 6 gətirsəm gömrük saxlayar?

Ebayda Oyun Hesabı satmaq

Amazondan sifariş

Revenuehits-dən yaxşı qazanc əldə etmk olar?

Yolda Dollar Xırdalasam Tutarlarmı?