Telefonumda Batareya işləmir nədən olar?

Salam mənim telefonum samsung A3 2016 dü zaryatka yıgmır 5 6 aydı almışam nədən olar? çox xaiş bilənlər yazsın.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

insafsiz (2017-01-09 21:39:09)
Telefonunuzun probleminin qaynaqlana biləcəyi əsas səbəblər bunlardır: 1) USB naqilin simləri qırılmış ola bilər. 2) Adapteriniz xarab olmuş ola bilər. 3) USB naqilin micro USB ucu xarab olmuş ola bilər. 4)Telefonunuzun micro USB yuvası xarab olmuş ola bilər ( bəzən toz ,kiçik hissəciklər və s. micro USB yuvasına dolub işləməsinə səbəb ola bilər ) 5) Batareyasında problem ola bilər. 6)Telefonuzun anakartında-platasında problem yaranmış ola bilər. Hər bir ehtimalı yoxlayıb problemin harda olduğun tapmaq lazımdır. USB naqili adapterinizə qoşub başqa bir android telefona taxıb telefonun zaryetka yığıb-yoxlamadığına baxın.Əgər problem olmasa 1),2),3) bəndlərində deyilənlərdə problem yoxdur. Telefonunuzu orijinal adapteri ilə eyni çıxış dəyərlərinə sahib ( məsələn 5 V 1 A ) orijinal bir adapterlə zaryetkaya qoyun , əgər problem həll olmazsa yazının davamındakıları edin. A seriyası və sələfi telefonlarda telefonu açmaq müəyyən təcrübə və bilik tələb edir. zəmanəti davam edirsə , telefonu servisə təqdim edin , əgər problem batareyadırsa və siz düzgün şəkildə telefonu istifadə etmisinizsə ( orijinal adapter və USB naqillə zaryetkaya qoymusunuzsa , zaryetkada ikən telefonu istifadə etməmisinizsə ,yəni batareyaya istifadəçi tərəfindən zərər verilməyibsə , garanti daxilində telefonu təmir etməlidirlər) 4) və 6) bəndlərində qeyd edilən problemlərdən biri varsa servisdə bu barədə sizə məlumat veriləkdir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Windows Phone-da brauzer seçimi

Qara siyahıda olan IMEI

Samsung Galaxy Tab 3 7.0 wi-fi

Samsung telefonunun kodu

Droid vpn proqramini işlətdikdən sonra,nömrədə və ya telefonda sonradan problem olmaz ?

EMS malın göstərilməsi.