Domen seçimi (.az yoxsa .com?)

Salam, hörmetli yordaşlar. .com və .az domenlərinin fərqi nədən ibarətdir? Məsəlen, mənim vebsaytım əsasən xarici istifadəçilər üçündürsə, buna görə mən .com domeninə üstünlük verməliyəm mi? .com domeni .az -dan nəcə fərqli və domenin seçimi ümumiyyətlə nəyə təsir edə bilər? Cavablarınıza görə təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

domenoxcom (2019-11-22 18:56:16)
Bu sualın cavabı hədəflənən bazar, SEO və s. kimi bir çox faktordan aslıdır. Bu haqda ətraflı bloqumuzda oxuya bilərsiniz:

Şükür Hüseynov (2017-01-14 21:13:22)
Salam Əlavə bir fərq də var. Bildiyimə görə .az domenini satış məqsədilə alıb saxlamaq olmaz. Amma .com və ya digərlərində belə bir problem yoxdur. Sonra uyğunsuz bir hal olsa, .az domenin sizdən ala bilərlər, ancaq inanmıram ki com domenində belə bir hal ola. Məsələn, siz .az domeni ilə bir sayt açdınız, sonra gördünüz ki sən demə bu adda bir rəsmi şirkət var imiş. Belə olsa domeni sizdən ala bilərlər. Ancaq comda çox ehtimal ki, belə problemlər olmayacaq. Dns təzə çıxan vaxt, bəzi şəxslər məşhur şirkətlərin adına olan domenləri ucuz alıb çox baha qiymətə satıblar. O domenlər yəqin ki beynəlxalq domenlər olub, belə ölkə domenləri olmayıb yəqin ki. Ölkə domenləri olsaydı satılmağı mümkün olmazdı bəlkə də. Həm də həmin məşhur şirkətlər dünya bazarında olduqları üçün onlara beynəlxalq domen daha yaxşı olardı yəqin ki.

Seo Mullimi (2017-01-13 08:40:54)
Salam, hər ölkənin özünə məxsus domen adı uzantısı olur. İstifadəçilər fərqli fərqli ölkələrdən gələcəksə, com, net, org kimi domenlər daha əlvərişlidir. Az, ru kimi bölgəsəl domenlərin ən əsas fərqi isə axtarış mühərriklərində məxsus olduğu ölkədə edilən axtarışlarda daha asan, beynalxalq axtarışlarda isə com, net kimi domenlərə görə daha çətin yüksəlir. Həmçinin com, net, org kimi domenlərində, bölgəsəl domenlər kimi seçdiyiniz bir ölkədə daha asan yüksəlməsi mümkündür. https://support.google.com/webmasters/answer/62399?hl=tr

selef (2017-01-12 19:25:53)
her olkenin oz domeini var az azerbaycan ru: rusiya de. almaniya eu. avropa it. italiya ve sair com domeini komersiya - butun dunya qiymetde verq var com 10 dollara (20 azn) az 40-45 azn baxir ne sayti acacaqsiniz ve kimler ucun? azerbaycan dilinde inglis dilinde rus dilinde domein secimi sirf pristij sohbetidi

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

cloudlare domeni tapa bilmir

Sayt yaratmaq

Free domain və hosting lazımdır

Domain panel

WordPress ilə elan saytı qurmaq

ucuz domen almaq