Aliexpress open dispute

Salam. Aliexpress-dən 1 ay yarımdır ki telefon sifariş vermişəm amma gəlib çıxmaq bilmir tracking number azems-ə düşübdü yazılır ki göndərn ölkənin mübadilə məntəqəsindən yola salınıb. Adətən bu yazı gələndən 10 gün filan sonra məhsulumu poçtdan götürürdüm amma indi dekabr ayının 19 dan bəri heç bir dəyişiklik yoxdu. Satıcıyla əlaqə saxlayıb bunun normal olub olmadığını soruşdum mənə dedi ki yoldadı gələcəkdi. Sualım odurki əgər 60 gün içində gəlmirsə(20 gündən az qalıb vaxta) open dispute açmalıyammı, açacamsa nə vaxt açım yoxsa heç açmayıb gözləyimmi? Bir dəki open dispute açsam nə qədər vaxt içində pulu qaytarırlar? Track kodu : RB136172858SG

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

LONGINUS (2017-01-18 20:11:27)
Open dispute açdım orda yazdım ki 40 gündən çoxdur gəlmir deyə açmışam dispute-u. Əgər pulu qaytarsalar üstəgəl də məhsulum gəlsə o pulu qaytararam satıcıya yenidən. Fırıldaq gəlmək istəmərəm.

Əkbər (2017-01-18 15:39:05)
Hər ilin əvvəli belə gecikmələr normaldı. Amma bəzən belə vəziətdə göndərilən xırda və ya böyük paketlərin yoxa cıxması halıda baş verir. Düzdü bu çox nadir hallarda olur. Amma olur. Böyük ehtimmalla sizin telefonuuz gecikəcək. Bununla əlaqədar siz disput açın. 60 gün tamam olanda daha geniş məlumat yazıb disputu yeniləyin. Sizə Aliexpessin cavabı İlin əvvəli ilə əlaqədar gecikmə normaldır 10 gün gözləyin olacaq. Belədə gözləyərsiz. Sonra tam pulu geri verəcəklər. Bir necə gündən sonra telefon gəlib cıxacaq. Yaniki telefon sizə 2 manata gəlib düşəcək. o 2 manatda poctda verdiyiniz 2 manatdı.

LONGINUS (2017-01-18 13:10:32)
azems-də yazılan nömrəyə zəng elədim bir dəfə dedilər ki ona biz baxmırıq filan nömrəyə zəng edin o nömrəyə zəng elədim dedilər gəlməyib sonra 1 dəfə də zəng elədim dedilər biz bilmirik onu gedin poçtunuzdan maraqlanın. Poçta da getdim dedilər gəlmiyib gələndə zəng edərəm.

Maqa (2017-01-18 10:43:30)
göstərirsə gəlib zəng vurun poçta soruşun yox əgər desələr gəlmiyib hər halda ehtiyyat üçün dispute açmanız məsləhətdir hər şey ola bilər Yenə də seçim sizə qalır