WhatsApp-da şəkillər, videolar və səs yazıları haqqında

Salam. Burda saytda WhatsApp-a aid verilən suallara baxdım mənim sualım bundan əvvəl verilməyib. Bilmək istəyirəm ki, necə edim ki WhatsApp-da mənə göndərilən şəkillər, videolar və səs yazıları telefonun öz yaddaşına yüklənməsin? Yəni ki, adi mesajlar kimi şəkillər, videolar və səs yazıları da messengerin özündə qalsın telefona yüklənib yaddaşı doldurmasın. Göndərilənlər telefondakı yaddaş kartına yüklənmədiyinə görə yaddaşı doldurur buna görə silmək lazım olur. Buna görə bilmək istəyirəm necə etmək lazımdır ki telefona yüklənməsin gələnlər, mesajlar kimi messengerdə qalsın? Bunun mümkün olduğu deyilmişdi amma necə olduğunu mən bilmirəm. Bilənlər cavab yazın zəhmət olmasa. Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Galaxy (2017-01-20 22:24:08)
Mən yoxladım, şəkil və video görünməz idi ilk olaraq, sonra göndərilən şəkil və videoya baxdıqdan sonra həm şəkil və həm də video yenə də telefonun yaddaşına yükləndi, mən isə istəyirdim ki şəkil və video baxılsa da telefonun yaddaşına yüklənməsin. Mən elə bilirdim bu mümkündür, yəni ki dediyim kimi mümkün deyil? :( Bilirsinizsə cavab yazın zəhmət olmasa.

Galaxy (2017-01-20 21:42:42)
Aydın oldu, dediyiniz kimi hər üç bölümdəki işarələrin hamısını götürüb OK etdim. Cavabınız üçün təşəkkür edirəm. Bundan sonra yaddaş dolmayacaq. :)

Aleks (2017-01-20 19:32:08)
Özüm də deaktiv edəcəkdim o şeyləri, yaxşı yadıma saldız)) Ayarlardan Data Usage' yə girin, Media auto-download yerində Mobile Data, Wifi və Roaming bölmələrinə girib hamısında faylların adları yanında olan ok işarələrini deaktiv edin :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kingdian SSD yoxsa Samsung?

Winsxs qovluğunu necə silim?

Kompuperde whatsapp açmır

Köhnə Whatsapp yazışmalarımın gizliliyi qorunurmu?

Whatsapp şəkil videolari geri gətirmək

WhatsApp şəkil qoymaq