3D animasiya üçün hansı proqram?

Salam. İki-üç il qabaq elə burada təsadüfən animasiya haqda sual vermişdim, Maxon Cinema4D'ni məsləhət görmüşdülər (deyəsən, NONANE idi :) ). Artıq ishledirem C4D'ni, hələ rigging'ə çox dalmamışam, amma modelləşdirmə tipləri çox xoşuma gəlib. Necə deyərlər, özüm üçün "pretty cool" şeylər düzəldirəm)) Amma bir şeydə çaşıram ki, niyə bu proqram gözlədiyim qədər çox populyar deyil? Görəsən, 3D Max və Maya niyə daha çox tanındığı təsuratı yaranıb məndə? :) O proqramı çoxdan işlədənlərə də soruşmaq istəyirəm ki, mən modelləşdirmə tərzini xoşlayıram da proqramın, bəs rig zamanı proqramım hansısa disadvantajları yoxdur ki? Bir də yaxşı 3D proqramı anlayışı Rigging və Modelləşdirmə ilə kifayətlənir, ya başqa xüsusiyyətlər də vardır??

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Ramazan (2017-08-17 19:40:19)
He qaqas En meshuru indi mayadi animasiyada 3d maxda butun gucunu mayaya verib.umimiyetle bacariq lazimdi ustunde salismaq lazimdi.

Atacante (2017-01-31 12:58:13)
Nə yöndə istifadə edəcəyindən asılıdır. Əgər motion graphic, tv broadcast və s sahəyə yönəlmisənsə Cinema 4D əla seçimdi. Zatən proqramın ana xəttini tutanandan sonra digər 3D proqramlarda işləmək sənə yad gəlməyəcək. Partikllar ilə, su, qar və s tipli şeylər üçün Houdini məsləhətdir. Animasiya filmlərində böyük bir komanda, fərqli proqramlar ilə işlədiyindən demək olmaz ki, "3D Max"ı öyrən film çək. Məsələn sırf modelling sahəsində biliyini yüksəltsən, necə deyərlər "həmişə çörəyin var". )) Ən bəsit modelleri, obj satmaqdan tutmuş, xarici qurumlara cv göndərməyə qədər yolun var...

Billy (2017-01-26 03:26:35)
free birşey axtarirsansa Blender ))

Aleks (2017-01-21 16:02:51)
Hə))) Yaman çaşbaş durumdayam, hələ bir az da araşdırım, görüm, hansı software'də qalacam

maxxam (2017-01-20 23:20:07)
1. Dediyiniz rigging səhəsində yəgin C4D ona görə məşhur deyil ki - ondanda rahat , dərin işləyə bilən programlar var - Geniş kütlədə architectural visualization ,TV və Reklam çarxlarının yaradılmasında kimi işlənilir. 2. C4D - başqa sahələrə işləndiyini (export edildiyi ) görməmişəm (misal üçün oyun modelləmə) , axtarsaz heç cizgifilmi bir o qədərdə sahəsində də rast gəlinmir (təlab olnumur ). 3. 3DS MAX -/ Maya da Rigging - barəsində heçnə deyə bilmirəm. 4. 3D yox daha dəqiq CG . Bu sahələri var : modelləmə , Sadə 3d motion (misal üçün Lumion 3D ) , architectural visualization , Rendering, Lighting, Texturing , Animation , Compositing , Oyun Proqramlaşdırma

Aleks (2017-01-20 20:57:11)
PS(2) : proqramın rigging'i necədir soruşarkən animasiyanı nəzərdə tuturdum. məsələn, ağız tərpənməsi, hərəkət və s. eləmək cəhətdən rahatdırmı?

Aleks (2017-01-20 19:59:04)
İndicə onu da öyrəndim ki, C4d'nin axsadığı çox məqamlar olurmuşe, o, sadəcə, motion graphics üçün məsləhətdir. Maya isə hətta sənaye standartı sayılırmış :( Hansısa fikriniz var?