Fizika məsələsi – eskalator

Eskalator hərəkət edir. Başlanğıc nöqtədən son nöqtəyə kimi 171 saniyəyə çatır. Sonra Eskalator hərəkət edərkən üzərində adam gedir və 90 saniyəyə son nöqtəyə çatır. Bəs eskalator hərəkət etməsə adam hərəkət edərək son nöqtəyə neçə saniyəyə çatar?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

insafsiz (2017-01-20 19:54:50)
S=v*t düsturu ilə bu məsələni həll etmək olar. Verilənlərə baxsaq bizə S eskalatorun uzunluğu və eskalatorun sürəti ilə bu yolu getməyə sərf etdiyi zaman verilib. S=v1*t1 v1 eskalatorun sürəti , t1 eskaltorun yolu getməyə sərf etdiyi vaxt v1=S/t1 t1=171-dir və bunu yerinə qoyaq. v1=S/171 eskalatorun sürətin alarıq. v2 ilə adamın sürətin , t2 ilə ikisi birlikdə hərəkət etdikdə sərf olunan vaxtı qeyd edək. S=(v1+v2)*t2 v1+v2=S/t2 v1=S/171 və t2=90 yerinə qoysaq v2+S/171=S/90 v2=S/90-S/171 v2=S/190 v=S/t olduğundan piyadanın bu yolu getməyə sərf etdiyi vaxt 190 saniyədir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Aliexpressdən sifariş

Almaniya poçtu ilə gələn bağlamayolda itə bilərmi.

Paypal kartımı qəbul etmir

Paypal hesabımdakı pul karta köcmür

Pensiya kartı itibsə

Çindən mal gətirən şirkətlər