İş tapmaq

Salamlar.Mən Bir iş Tapmaq İstəyirəm yaşım 16-dır ama 2 dəfə əməliyyat olduqum üçün çox ağır işlərə girişə bilmirəm.1ci əməliyyatım yaxşı olmayıb onun üçün 2 ci dəfə oldum(Böyrəkdən) indi istəyirəm ki bir iş tapım özüm üçün.belə bir şeydə etmək istəyirəm internetdən pul qazanmaq(Youtube kimi şeylər və s.).Oxuduğunuz Üçün Təşəkkür Edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

vshshv (2017-01-26 15:21:48)
Salam. 16 yaşında həmin şərtlərlə həmin şəxsi işə götürə bilərlər. Əgər yaş həddinə görə deyirsinizsə buna qanun da icazə verir.

vshshv (2017-01-26 15:18:04)
Düzdür internetdən müəyyən proqramlar vasitəsilə pul qazana bilərsən. Bu sənin əlavə gəlirindir. Amma heç olmazsa ən azında müəyyən bir kafedə ofisiant kimi işləyə bilərsən. Bu həm sənin sağlamlığına ziyan gətirmir, həm də asudə vaxtında mobil telefonundan həmin proqramlardan yararlana bilərsən.

Billy (2017-01-24 22:40:55)
kodlaşdırma öyren. yada youtubede xarici kanal aç xarici maraqlı videolar çək. adsenseni quraşdır bəlkə nəsə qazandın.

asanqeydiyyat335 (2017-01-22 20:22:43)
Cavabladıqınız üçün minnətdaram

Maqa (2017-01-22 18:08:24)
16 yaşda siz yazdığınız şərtlər altında heç kim sizi işə götürməz ancaq bildirdiyiniz kimi İnternet vasitəsilə youtube kimi platformalardan yararlana bilərsiniz