Qrafik işlər üçün PC alımı

Təxminən 3000 azn civarı büdcəm var. Qrafik işlər üçün PC (monitorsuz) haradan ala bilərəm Bakıdan? Bir az normal bir şey olsun, 32 ram, normal VGA və s. Zəmanət və keyfiyyət də yaxşı olsun. Hansı mağazanı və ya yeri məsləhət görürsüz? Təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

insafsiz (2017-01-25 21:14:21)
Texnologya inkişaf etsiyindən yeni bəzi texnologyalar əvvəlki anakartlar tərəfindən dəstəklənmir. Məsələn prosessor yeni nəsli satışa çıxdıqda , bu prosessor yeni soket tipi tələb edir və anakart bu səbəbdən dəyişməli olur. Yeni nəsil anakartlar DDR4 RAM texnologyasın dəsyəkləyir , RAM alarkən anakartın hansı RAM dəstəklədiyini müəyyən etmək lazımdır.

Sahmar.M (2017-01-24 01:33:22)
Bəzi məmbələrdə yazılıb ki elə olur ki Ana plata ilə alınan hissələr bir-birinə düzgün gəlməsin. Belə şey mümkündür? Məsələn mən indi hazır ki platanın üstünə yeni Videokart, hard disk yerləşdirə bilərəm?

Maqa (2017-01-24 01:03:32)
Anlayışı olan hər kəs yığa bilər Əsas məsələ lazım olanı lazımı yerə taxmaqdır bu qədər

Sahmar.M (2017-01-24 00:27:20)
Mən də hissələr alıb özüm PC yığa bilərəm? Diqqət yetiriləcək hansı nüanslar var? Təşəkkürlər...

Maqa (2017-01-23 13:26:54)
var bu mağazalarda hissələr

Atacante (2017-01-23 09:48:55)
Cavabınıza görə çox sağ olun. Elə özüm yığmaq istəyirəm. Hissə hissə ala biləcəyim mağazalar varmı? Yoxsa elə bu mağazalardan ala bilərəm hissələri?

Maqa (2017-01-22 12:02:42)
Əvvəlcə deyim ki yaxşı olar özünüz yığasınız sistemi təbii bacarırsınızsa belə o qiymətə əla sistem yığmaq olar ancaq hazır şəkildə alsaz biraz baha olacaq qaldı ki Bakıda yerləşən dükanları yazacam aşağıda hamısı etibarlıdı bestel.az compstore.az