Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Şükür Hüseynov (2017-01-26 11:29:39)
Təəssüf ki 0-dan bu işi standart kodla etmək alınmaz. Proqramçı üçün çox da çətin deyil, normaldı. Burda təhlükəsizlik məsələləri də var, gərək proqramçı bunları da nəzərə ala. Qiymətə gəldikdə, hər proqramçı fərqli qiymət deyə bilər. 100 də deyən olar 300 də daha çox da. İstəsəniz Facebookda əlaqə saxlayın: https://www.facebook.com/Shukur.Huseynov.001

icco (2017-01-25 03:26:13)
təəsüf ki işlətmirəm tvit. Facebook varsa verin zəhmət olmasa

Vüqar İsmayılzadə (2017-01-25 02:27:57)
HTML(statik) kodla bunu yazmag mumkun deyil. Neticede men bashqasina aid olan sehifeye baxa bilecem. Size bunu phpde yiga bilerem. Facebook Asger Amrahov Whatsapp 077 464 43 42 Elaqe saxlayin

marmeladze (2017-01-25 01:49:56)
hazırda verdiyiniz məlumatlar əsasında hansısa bir yolla köməklik göstərmək mümkün deyil. əgər tvitter istifadə eləyirsinizsə, şəxsi mesajla aydın formada yazın, mümkün həll yollarını müzakirə eləyək.

Miri92 (2017-01-25 01:30:06)
cpanel işlədirsənsə orda bunun üçün funksiya var.

icco (2017-01-24 23:38:37)
Cavabınız üçün təşəkkür edirəm. Mənim programlama dili bilgim yoxdu təəsüfki. Saytımızı localhosta qurmuşuq hərşey hazırdı əlavə olaraq bu dediyim funskyanıda qurmaq istəyirik. Yəni bizim etmək istədiyimi adi sayt qeydiyyat vəya login formu deyiL. Bizim əvvəlcədən hazırlanmış hər istifadəçiyə uyğun html səhifələrimiz var. Və istəyirik ki hərkəs öz səhifəsinə daxil olabilsin. (Məlumatlar gizli şəxi olduğu üçün sizində dediyiniz kimi hazır link yazaraq giriş etmək mümkün olmasın.) Yəni biz istəyirik ki bizim verdiyim login parol ilə hərkəs öz səhifəsinə daxil ola bilsin. Bunu etmək çox çətindir bir programçı üçün? Yoxsa normal standart kdolar var bu işlər üçün. Əgər elədisə internetdə hansı termin üzrə axtarış edib məlumat ala bilərəm? Birdə əgər bu dediyimi normal bir programçı neçəyə yaza bilər təqribi bazar qiyməti neçədir? Təşəkkürlər.

Şükür Hüseynov (2017-01-24 20:55:07)
Salam Bunu Php və ya başqa bir veb proqramlaşdırma dili ilə edə bilərsiniz. Sadəcə login sahifəsində daxil edilən login və parolun düzgün olub olmamasın yoxlayırsız. Login və parol düzgündürsə uyğun səhifəyəyə yönləndirirsiz. Giriş etdikdən sonra səhifə sayı çoxdursa, sessiyalardan istifadə etmək də vacibdir. Əks halda istifadəçi sadəcə uyğun sahifələrin url-in yazaraq da həmin səhifələrə daxil ola bilər.