paypal pul kocurmesi

salam, mən araşdırdım, bilirəm ki ölkəmizi paypal dəstəkləmir, ancaq tanıdığım adam var, bankda kart acib, paypalla elaqelendirib, pul kocurub cixarib hec bir problem olmur, bunu mənə kim izah edə bilər mən nəyisə səhv anlamışam yoxsa necə?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

mamedli_elvin (2017-01-26 15:01:49)
He indi aydındı, mən də dedim ona ki hesabın blok ola bilər. Çox sağolun cavab verdiyiniz üçün.

E. Hacı (2017-01-25 20:54:59)
Paypalda əsas tələb ölkə məsələsidir bank çox da önəmli deyil. Məsələn siz Amerika sakini olsanız Azərbaycan bankı ilə Paypal işlədə bilərsiz öz adınıza olsa. Sizin dostunuz da süni yolla bu metoddan istifadə edib. Amma bu daimi deyil və bunun da limit məbləğu var. Həmin məbləğə çatanda artıq kommunal çekin skan versiyasından tutmuş giriş İP-sinə qədər yoxlayıb sonra blok edəcəklər. Bu tip xırda xuruş və kiçik məbləğli yolların heç biri haqda danışmırıq biz, çünki heç biri ciddi iş üçün yaramır. Bizə isə ciddi və sabit həll lazımdlr ki camaat bunun üzərində biznes qursun

mamedli_elvin (2017-01-25 15:33:25)
Bilirəm, sadəcə onu başa düşmürəm ki, fakt bir tanışım var, Az.can bankından kart alıb, paypal USA hesabı açıb və kartını bu paypal ilə əlaqələndirib. Satış edib paypal hesabına pul göndərilib və pulu kartdan çıxarıb bir neçə dəfə. Mən də ona bunun mümkün olmadığını deyirəm, ancaq o da deyir ki fakt mən çıxarıram. Onu da deyim ki təcrübəsiz biridi. Ona görə mənə qaranlıq qaldı bu məsələ.

E. Hacı (2017-01-24 19:34:25)
yox müvəqqəti də mümkün deyil. bir yol var ki, məsələn yalandan başqa ölkə göstərib kart qoşmadan pul qəbul etmək. amma bu yalnız bir dəfə olur, 100$dan az olur, üstəgəl heç yerə köçürmək olmur onu, ancaq xərcləmək olur. tək yol nədir yuxarıda yazdım, başqa ölkədə hesab açılmalıdır

mamedli_elvin (2017-01-24 17:38:05)
Belə başa düşdüm ki bu müvəqqəti mümkündü, sadəcə legal yol olmadığı üçün hesab bloklana bilər, elə?

E. Hacı (2017-01-24 17:36:08)
daimi həll mümkün deyil. xaricdə hesabınız olmalıdır.

mamedli_elvin (2017-01-24 17:31:31)
təkrar sual olacaq üzrlü hesab edin, ebayda satış etsəm, qazandığım pulu paypaldan kartıma köçürüb çıxara bilərəm? Və ya hansısa saytda satış etmişəm, mümkündür pulu paypaldan karta köçürmək?

E. Hacı (2017-01-24 17:29:42)
Paypal ölkəmizi dəstəkləyir, kim dedi ki dəstəkləmir. Sadəcə ödəniş proseslərini dəstəkləyir. Pul qəbulu(xaricdən kimsə sizə pul göndərsə) və merchant hesab dəstəkləmir.