Nar nömrə nə qədər vaxt kontur yükləməndə tamamilə bağlanır?

Salam. Mənim nar nömrəm var,təxminən 6-7 ay olar ki, kontur yükləmirəm. Yenidən işlətmək istəyirəm. Bilmək istərdim ki,nar nömrə neçə ay kontur yükləməyəndə bağlanır? Və mən necə bilim ki,nömrəm bağlanıb ,ya yox. Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

texnobeginner (2017-01-29 21:01:09)
Salam. Sizin mesajınızla bağlı mənə bildiriş gəlməmişdi. Ona görə, mesajınızı görə bilmədim. Əgər sonuncu ödəniş tarixindən 90 gün sonra, yəni nömrə ikitərəfli bağlandıqdan sonra siz nömrəni yenidən aktiv etmək üçün, nar mərkəzlərinə yaxınlaşmalı olursunuz. Mənim birinci cavabımda nömrənin satışı barədə yazdığım məlumat isə köhnə qaydalara əsasəndir. Yeni qaydalarda isə deyilir ki, bunun xüsusi qaydası yoxdur. Çox güman isə, dediyim kimi 1 il və daha artıq müddətdən sonra nömrə işlədilməyib, hesaba pul köçürülməyəndə, Azərfon onu satışa qoya da bilər, qoymaya da.

Kenan.M (2017-01-28 01:02:13)
Cavab yazdığınıza görə təşəkkür edirəm. Çox sağ ol. Yəni mən kontur yükləsəm,nömrəm yenidən işləməyə başlayacaq,yoxsa mən harasa nar nömrə xidmətlərinə müraciət etməliyəm?

texnobeginner (2017-01-27 19:46:45)
Salam. 90 gun erzinde nomrenin hesabina kontur daxil edilmeyende hemin nomre baglanir. 1 il ise kontur yuklemeyib nomreden istifade edilmeyende hemin nomre yeniden satisa cixarila biler.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

nömrə adresinin tapılması