Animatorluq anlayışı aktuallığını gələcəkdə də saxlayacaq?

Salam. O qədər yeni texnologiyalar çıxıb ki) Məsələn, adam cihazın içində oturur, bir neçə dəqiqə içində adamın keyfiyyətli formada 3d modeli hazır olur, yaxud binaların- falan dronla müxtəlif dimensionlardan şəkillərini çəkirlər, kompüter avtomatik modeli hazırlayır. Modelləri canlandırmaq üçün Motion Capturing texnologiyası, əlbəttə, mexaniki üsulla rigləri tərpədib keyrfame verməkdən müqayisə olunmaz dərəcədə tez və keyfiyyətlidir. Rigi bir neçə kliklə eləmək üçün isə çoxlu onlayn alqoritmlər mövcuddur. Bütün sistemlər üzərində o qədər işləyiblr, az qala hər şey şablon halına düşüb. Yaxşı bəs bu texnologiyalar daha da təkmilləşəndən sonra nə olacaq? Gələcəkdə 3d modelləşdirmə, Poliqonlar, Splaynlar, Rigging, Animasiya və s. onlar artıq lazımsız bacarıqlar olacaq, qorxuram. Hansısa fikriniz var?)

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Aleks (2017-01-30 22:38:37)
hə də, yazdığım sualı gələcək üçün də, hər bir zaman üçün də animasiyaya aid yazmışam)

maxxam (2017-01-30 21:20:13)
Lap olsun siz elə deyən animasiya. )) Sondan yazdığınız 2 ci cümlə bəs nədir ?! )) sitat: [ Gələcəkdə 3d modelləşdirmə, Poliqonlar, Splaynlar, Rigging, Animasiya və s. onlar artıq lazımsız bacarıqlar olacaq, qorxuram ]

Aleks (2017-01-30 20:51:08)
yaxşı misal göstərdiz, təşəkkürlər)

Aleks (2017-01-30 20:49:18)
Yox, əlbəttə. Amma mən animatorluq haqda soruşmuşdum, hansısa bir maşının, binanın çertyojunu yaradan dizayner, arxitektor üçün yox))

maxxam (2017-01-30 14:11:15)
Sənin xəyalındakı evi,proyekti,modeli hansısa robot/proqram oxuyub istədiyin kimi canlandıra /yarada bilərki ?! Yuxarıda sadaladığınızlar sadəcə tool kit -di.

E. Hacı (2017-01-30 13:41:58)
Siz nədən qorxursunuz? :) Hər sahədə belədir, proqramlaşdırmada əvvəl maşın dilində yazırdılar, sonra ağır Assembler kimi dillərdə , sonra nisbətən daha oxunaqlı dillərdə, indi isə az qala insan dilində başa düşən dillərdə. Bir nəsil sonra da yəqin elə doğurdan insan dilində əmrlərlə proqram tərtibi mümkün olacaq. Sizin sahə də eyni. Yəni təkrarlanan işlər alt qata keçir, hazır vəziyyətdə gəlir, yaradıcı insanın işi daha da asanlaşır, ancaq proyektin özünə fokuslanır. Sadəcə dəyişikliklərlə ayaqlaşmaq lazımdır. 40 il əvvəl proqramçılıq ilə indiki arasında yerlə göy qədər fərq var, amma indi tələbat hətta daha çoxdur. Baxmayaraq ki, 40 il əvvəl yazılan kodun 95%i indi hazır şablon ilə gəlir(müasir dilin özündə lib kimi, framework-lər şəklində və.s.) Sizin sahədə də eyni şeydir. İnsan amili işin 95% hissəsindəmn çıxa bilər, amma qalan 5%ə tələbat daha da artmış olur. Sizə düşən tək şey zamanın tələbinə uyğun inkişaf etməkdir, ki hər zaman tələbolunan əmək bacarığına sahib olasınız

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

3DMAX design animasion

Animasiya hazırlamaq

Universitetlərdə Animatorluq fakultəsi var?

Animasiyalı obrazların ölçüsünü dəyişmək

3D animasiya üçün hansı proqram?

Muzey planını hazırlamaq üçün proqram