Envato (10% vergi)

Salam. Envatodan aylıq ödənişi Skrill vasitəsilə çəkirdim. Ancaq Vergi məcəlləsinə edilən dəyişikliklərə əsasən bu ildən etibarən xarici lotereya, mərc oyunları tipli saytlardan ödəniş qəbul edildikdə 10% vergi çıxılacaq qəbul edilən məbləğdən. Xarici "kaşelok" tipli saytlar da buna aiddir. Bankla əlaqə saxladıqda elə dedilər. Ümumi olaraq məlumat üçün qeyd edim ki, xarici ödəmə sistemlərindən (Skrill, Paypal və s.) bank hesabına pul qəbul edildikdə, ödəniş hansısa Tranaction kodu ilə göndərilir. Lotereya, mərc oyunları tipli saytlar "unique" Transaction ID kodu altında göndərilir deyə bankdan dərhal bunu aid edirlər. Skrill-dən gələn pul da bu kod altında göndərilir. Yəni ki, 10% vergi Skrilldən qəbul edilən məbləğə də da şamil olunur. Alternativ olaraq Payoneer kartım var. Zəhmət olmasa qeyd edərdiniz, Payoneerdən yerli ATM-lərdən pul qəbul edilməsi barədə məlumat verərdiniz. Nə qədər komussiya haqqı tutulur? Yerli ATM-lər dollar olaraq verirmi vəsiti? Əgər dollar olaraq çəkmək olmursa milli valyuta ilə mümkündürmü çəkmək? Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Elnare Mamedova (2017-01-31 13:45:55)
Razıyam. Envatodan SWIFT ilə ödəniş qəbul etmk olar. Ancaq bunu tanıdığım heç kim təcrübədən keçirməyib deyə risk eləmək istmirəm. Həm də SWIFT ilə minimum 500 USD çəkməyə imkan verir. O qədər pul ilə hansısa sistemi yoxlamaq mənim üçün böyük riskdi) Cavabınız üçün təşəkkür edirəm. Ümid edirəm Payoneer-lə problem yaşamayacam. Və ən əsası da USD verən ATM tapa biləcəm şəhərdə :)

E. Hacı (2017-01-31 01:33:11)
Payoneer hardasa 3.2%dir komissiya. Yəni 200$ çıxaranda təxminən 6.5$ tutur, cəmi hamsi bir yerdə. Valyuta isə, bankomatda hansı varsa, onunla çıxır, dollar,manat və. s. Ən sağlam yol o olardı ki məsələnin üstünə düşüb bu tip ödənişin o ödənişlərdən fərqləndirilmesini təmin etdirmək olardi. Ki 10%i yanlış tətbiq etməsinlər. Və ya deyəsən VÖEN hesabına skrilden swift Ile köçürmə edəndə olmur o 10% söhbəti.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Adsense ödənişi şikayəti

Bakcell Alov smartfonunda tək sim kart ləğvi

payoneer hesab açmaq

xaricə miqrasiya

Skrill- Dəki Iban Swift Nə üçündü?kartımı əlavə etmək istəyrəm

Aliekspress AZ9095 problemi