OneCoin haqqında nə bilirsiniz?

Salam.İnternetdə OneCoin dən pul qazanan bir neçə hekayələr oxudum.Necə bilirsiniz real,ağılabatan fikridirmi ?Ümumiyyətlə bu OneCoin nədir? Bu haqda hansı məlumatlara sahib olmaq lazımdır? Öncədən Təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

leman onecoin (2017-06-01 11:21:34)
men yenice qowulmuwam onecoine qaranliq qalan kiciciy meqamlar var idi artiq onada cavab tapdim tesekkur edirem hersey ucun bu realligi qebul etmek lazimdi.Insanlar o qeder oyrewibler yalniz maawli iwde caliwib kole kimi yasamaqa rahat pul qazanmaq onlara real gelmir.menim ele insanlara sadece yazigim gelir.Dunya statistikasindan xeberleri bele yoxdu.ONECOIN pul qzanmaq ucun ela vasitedir.ONUDA nezerinize catdirimki 2 ildir feaailliyyet gostermesine baxmayaraq 50 ildir feailiyyet gosteren wirketlerin illik dovruyesinden coxdu dovruyesi.Herkese ugurlar.

aa (2017-01-30 22:36:55)
Çox sağolun məlumat üçün.

E. Hacı (2017-01-30 19:08:48)
Kripto Valyuta növüdür. Özəl şirkətə aiddir. Kripto valyuta ilə maraqlanırsızsa Bitcoin ilə maraqlanın, ən məşhuru və bahalısı odur, o birilər sonradan yaranıb. Kripto valyuta digital valyuta növüdür, məğzini izah etmək bir az çətindir, rusca buradan oxuya bilərsiniz https://ru.wikipedia.org/wiki/ Loru deyəcəm deyə bəzi təhriflər olacaq, amma izah üçün kömək edər: Elə təsəvvür edin ki bir nəfər bir düstur düşünüb. o düstur müxtəlif şifrəli ədədləri bir birinə vurub bölür, ancaq milyardlarla vurub bölmə başa çatandan sonra nəticə alınır. Düstur elə qurulub ki alınan bu tip nəticələr sonsuz sayda olmasın, bəlli saydan sonra artıq bir birini təkrar etsin. Bu alınan məhdud sayda nəticələr(uzun şifrələr) cryptocoin-dir. Sayları az olduğu üçün dəyərli olurlar, saxtalaşdırılması mümkün deyil(çünki kağız və ya metal deyillər, düsturdan alınmış rəqəm şəklindədirlər, arxasında riyaziyyat dayanıb, riyaziyyat isə saxtalaşdırıla bilmir). Vəssalam, dəyərli olduqları üçün də artıq insanlar bir birinə onu ötürüb əvəzində nəsə istəyirlər, beləcə zaman zaman o öz dəyərini alır və sonra başlayırlar o kripto valyutanı real kağız pula dəyişməyə. İndi bitcoinin qiyməti 1000$ ətrafındadır məsələn. Bu coinlərdən iki cür pul qazanmaq olar 1. Primitiv alver ilə. Alırsınız, baha olanda satırsız. məsələn 150$a 5-6 bitcoin almışdı tanış biri, 1200$a olanda satdı. Beləcə 750$ xərc çəkmişdi, 6000$ qazandı. - bu riskli fəaliyyətdir, çünki indi Bitcoin 1000$adır təxminən, tutaq ki 2000$ verib 2 coin alsaz, sabah Bitcoin ucuzlaşıb 500$ də ola bilər. O halda 1000$ zərərə düşərsiz. 2. İstehsal etmək. Həmin o düsturları xüsusi gücə malik kompüter alaraq işə salmaq və özünüz kompüterinizdə o şifrələrdən istehsal etmək. Bu zəmanətli gəlir növüdür, Çində minlərlə adam məşğuldur bununla. Burda isə 2 əmma var: o kompüterlər bahalıdır(normal olanı 2-3 min$dır, daha güclüləri 10min$ filan), xarab olsa böyük itkiyə düşərsiz. və bir də çoxlu işıq pulu da yazırlar. Aylıq bir neçə yüz manatlıq, güclüləri isə bəlkə də 1000 manatı keçər sayğacda.