İT üzrə kurslarda məsləhət.

Salamlar. Əvvəllər Bakıda bele kurslar tapmaq çətin olurdu. Son zamanlar ise Bakıda 2 əsas bele kurs ve ya tədris mərkəzi açıldı. İT Step və Code Academy. Siz hansını məsləhət görərdiz və niyə? Ödəniş barede ise Code Academy heç yerdə məlumat tapa bilmədim. Öncədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Denis7 (2017-01-31 21:21:32)
İlk öncə diqqətiniz və sualımı ətraflı cavablandırdıqınız üçün təşəkkür edirem. Sadəcə Azərbaycanda daha öncə qeyd etdiyim kimi bu kimi tədris yerləri olmadıqı üçün insan istər istəməz bəzi məqamları və keyfiyyəti araşdırmaq istəyir. Çünki çox uzağa getməyək Ukraniya və ya Rusiyada bele tədris mərkəzləri çoxdur və keyfiyyətli də təhsil verirler. Amma Bakıda belə İT üzrə kurslar yox idi. Və çox sağ olun ki, siz də belə bir tədris mərkəzi yaratmısınız. Yaxınlaşıb mərkəziniz ilə yaxından tanış olarıq. Minnətdaram!

UlviAslanov (2017-01-31 17:45:09)
Salam, Mən Code Academy-nin qurucusuyam. 2015-ci ildə Code Academy-ni qurduğumuzda Yüksək Texnologiyalar Parkının kiçik bir küncündə yer icarəyə götürərək başlamışdıq. İlk zamanlarda sadəcə Veb proqramlaşdırma üzərinə intensiv tədris proqramlarımız vardı və fərqli bir metodika ilə tələbələrimizə tədris verirdik. Bu zamana qədər məzun olmuş tələbələrimizin əksəriyyəti artıq işləməkdədir vəya fərdi sahibkar olaraq fəaliyyət göstərir. 2016-ci ilin sonlarına doğru bazarın, sektorun tələbatları artdığından biz də tədris proqramlarımızı daha da təkmilləşdirərək bu ehtiyaclara uyğun olaraq hazırladıq. Xarici bazarların təcrübələrini öyrənərək ən düzgün və keyfiyyətli şəkildə tətbiqi üçün artıq müstəqil və böyük məkanla şəhərin mərkəzində fəaliyyət göstəririk. Qiymətlərimiz açıq şəkildə göstərilməmişdir. Kartof satmadığımız üçün etiketi də yoxdur. Çünki biz sizləri bir müştəri olaraq yox gələcəkdə bizim əməkdaşımız olaraq görürük. Bu səbəbdən sizlər üçün xüsusi olaraq dizayn etdiyimiz mərkəzimizə yaxınlaşaraq bizimlə tanış olmağınızı və Karyera Məsləhətçilərimizdən daha ətraflı məlumat almağınızı tövsiyə edirəm. Code Academy-nin özünə məxsus və sadəcə yeniliyə fokuslanan bir təhsil modeli vardır. Proqramlaşdırma tədris müddəti 300 saatlıqdır və sadəcə bazarın ehtiyaclarına uyğun olaraq hazırlanmışdır ki, sizi sürətli şəkildə iş həyatına hazırlayaq. Siz Code Academy-nin tələbəsi olaraq müəllimlərlə yanaşı mentorlarımızdan da əlavə kömək ala bilirsiniz. Azərbaycanda ilk dəfə yaratdığımız Zəmanətli Təhsil Modeli ilə siz qatıldığınız tədrisdə çətinlik çəkdiyinizi düşünürsünüzsə, təmənnasız yenidən o dərsə qatılmaq haqqınız vardır. Və bunu dəfələrlə istifadə etmək haqqınız vardır. Suallarınız olarsa, çəkinmədən soruşa bilərsiniz. Ülvi Aslanov Code Academy (www.code.edu.az)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İT saytı üçün hazır script məsləhət görürsüz ?

Sistem və ya Şəbəkə adminstratorluğu

İT-nin sahələri

İT üzrə bildiyiniz faydali saytlar var?

Texnologiya ile istediyim kodlari vermek

IT mütəxəssisi hazırlayan kurs lazımdır