Sayt güvənli deyil

Salam dostlar.Aşağıdakı saytda belə bir problem yaşayıram.Sayta daxil olanda brauzerin url çubuğunda "bu sayt güvənli deyil" deyə bir bildiriş çıxır.Bu nədən ola bilər? saytda heç bir qeydiyyat, ödəniş formu falan yoxdu.Adicə portaldı. Kursor.az

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2017-02-12 21:53:58)
Təbii ki. Google nəticələri hədsiz mürəkkəb və ictimaiyyətə açıqlanmayan düsturla hesablanır. O düsturda SSL-in də kiçik də olsa payı var. Yəni tutaq ki cəmi 1000 xallıq sistemdirsə 500 xal məzmun keyfiyyətidir, məsələn 20 xal SSL olub olmaması 200 xal mobil versiyanın optimal olması 50 xal saytın sürətlə açılması və.s. Yəqin ki fikrimi izah edə bildim.

ferhadpro (2017-02-12 21:32:35)
Bunun google nəticələrinə mənfi təsiri ola bilər?

E. Hacı (2017-02-12 21:13:59)
Salam. Google Chrome SSL şifrələməni təşviq etməkçün belə bir addım atıb. Yəni sizin saytın hər hansı günahı yoxdur, nə də dəyişən nəsə yoxdur. Sadəcə Google şirkəti SSL-i olmayan (https ilə başlamayan) saytlara belə bir mesaj qoymağa qərara alıb. Əsası isə budur: http ilə başlayan saytlarda daxil edilən parollar və digər gizli məlumatlar internet trafikinə müdaxilə edən istənilən 3-cü tərəf tərəfindən oxuna bilər(məsələn provider-də oturan işçi sizin saytlarda daxil etdiyiniz parolu rahat görə bilər). https saytlarda isə bu tamamilə mümkünsüz məsələdir, daxil etdiyiniz məlumatı bir siz görürsünüz, bir də məlumat çatandan sonra göndərdiyini mənbə görür. Bu da informasiya təhlükəsizliyi üçün önəmlidir deyə böyük şirkətlər bunu təşviq edirlər. Belədə özlərinin də başağrıları azalmış olur. Portal tipli sayta isə SSL lazımd da deyil, odur ki boş vermək olar o yazını.