Kompüterə kalonka əlavə etmək

Salam dostlar. İlk öncə su çərşənbəniz mübarək :) Məndə 2 ədəd kalonka var. Onları kompüterə qoşmaq istəyirəm. Kompüterin özünün kalonkası var deyə arxada əlavə yer yoxdu. Kalonkaların da başında AUX girişi yoxdu birbaşa naqildi. Mən ebaydan 5 ədəd girişi olan prot kabel zakaz etmişəm. Bir də Aux başlıqı tapa bilmədim deyə bir başa şunur aldım. İndi mən o şunurdan başlığı kəsib kalonkanın naqilinə necə bağlayım? 2 ədəd naqildi. Hansı hansına gəldi bağlasam olar? Şəkilləri bir bir aşağıda yerləşdirirəm. Bu kalonka naqili: http://imgur.com/a/yysIU Bu zakaz verdiyim: http://imgur.com/a/mfeeG Bu da kalonkaya kəsib bağlamaq istədiyim Aux başlıqlı kabel: http://imgur.com/a/AzAk8 Sual bir az uzun oldu üzürlü sayın. Vaxt ayırıb oxuduğunuz üçün təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Sahmar.M (2017-02-24 22:11:14)
Həmişəki kimi yarımçıq qaldı

Sahmar.M (2017-02-22 19:30:42)
Kalonkanın öz arxasına baxdım. MAX.POWER 40W(PROGRAM FREQ.RANGE 75~20000Hz

Sahmar.M (2017-02-22 18:59:18)
Elə belə şunurları birləşdirdib telefondan qoşdum səs çox zəif gəlir. Sentrin arxasının şəklin çəkdim. Deyəsən 50W du. İndi mən ona uyğun balaca 2 dollara olan usilitel ala bilərəm? ya da həmin sentrin özünün içindən söküb götürmək olar? http://imgur.com/a/vun8X http://imgur.com/a/OPPU9 Qardaş mümkünsə https://www.facebook.com/sahmar.memmedzade.1 mənə dostluq at.

selef (2017-02-22 13:51:36)
Eger payka filan bacarmirsinizsa En rahat mence bele etseniz olar Usulitel bax Usulitel 2 bax

selef (2017-02-22 13:17:42)
misal: https://www.youtube.com/watch?v=9ftqvfYS2IU Uslilitel amma usliteli kalonkanin wattina gore secmek lazimdi

selef (2017-02-22 12:46:19)
Birdene bele yoxlayin. https://www.youtube.com/watch?v=bizGsgKGSZk https://www.youtube.com/watch?v=lz49avytIbY amma ortada usilitelde olmalidir watt sohbeti var sesi cixar amma zeif uslitelsiz

Sahmar.M (2017-02-22 12:34:30)
Aux şunurunu kəsdim. İçindən 3 dənə (qırmızı, yaşıl, göy) xətt gedir. Amma kalonkanın şunurunda 2 xətt gedir. Hansını hansına bağlıyım? şəkil aşağıda: http://imgur.com/a/Fgx8k

Sahmar.M (2017-02-22 09:13:06)
3.5mm Earphone Headphone Audio Splitter 1 Male to 2 3 4 5 Female Port Cables. Belə yazılıb adı. http://imgur.com/a/4wy2G Şəkillərdən göründüyü kimi san ki kompüterə və kalonkaya da gedir. Ona görə zakaz vermişdim hələ gəlib çıxmayıb. http://imgur.com/a/7QGWk Bu kalonkalar muzikalni sentrindi. Özü xarab olub dedim kalonkaların taxım kompüterə. Onları birləşdiəcək aparat necə şeydi? bahalıdı?

maxxam (2017-02-22 02:34:31)
Mən bilən kalonkada 2 şunur olmalidir : Output,və İnput . Sizdeki kalanko deyesen radio-maqnitafon kalonkasidir. O getmez - eger getsede kabel ile getmez , onlari birleşdiren ortada hansisa aparat olmalidir. Sifarish verdiiyniz 5 portlu kabel ne portudu ?.Təsvirin-də ne yazilib. ? Daha çox qulaqcıq taxmaq uchun `troynike` oxshushuyur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Noutbukun səsi (speaker) çıxmır