Western Union – Partner Ödəmə

Salam dostlar Partner ödəmələr qismində western union var zəhmət olmasa bilənlər biraz məlumat verərdiniz 1. Problemsiz almaq olarmi ? 2. Bakida bu bank fəaliyyət göstərirmi ? 3. Hesab acmaq ödənişlidirmi ? 4. Vyen teleb edilirmi ? 5.ödənilən gündən neçə gün müddətdə pulu nəğd almaq mumkundur ? Istifadə edənlər xaiş edirəm məlumatlandirin Təşəkkürlər 🙂

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2017-02-26 13:56:14)
Salam. 1. Bəli, istənilən banka yaxınlaşıb almaq olar. 2. Western Union bank deyil, köçürmə sistemidir, bütün banklarda var bu xidmət. 3. Hesab açmaq lazım deyil, sizə pulu göndərən sizə kod verir, siz də banka yaxınlaşıb şəxsiyyət vəsiqəsi göstərirsiz və o kodu deyirsiz vəssalam pulu verirlər. 4. Xeyr. 5. Ödəyən tərəfə baxır. Adətən elə həmin gün götürmək olar pulu. Son müddət limiti olmamalıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Adsense- dən gələn pulu bank vermir

Aliexpress

ebay-dan mal almşam bizim azerpoctun hansı bölməsinə daxil olmalıyam

Adsensedən gəlmiş çeki nəğdləşdirmək

Saytıma Şəkil Video Yükləyəcəm Məsləhətli Hosting tarrifləri

İnəyin qızdırması