Windows 7 64 bit iso

Salam. Mən Windows 7 64 bit yazmaq istəyirəm. Saytda məlumat var ama 1-2 şey məndə sual yaratdı ona görə yenidən bu barədə sual vermək fikrinə gəldim. Mən Windows 7 Ultimate x64 İso yüklədim. 3gb idi yükləndi qurtardı yaddaşı 2.96 gb dır və Arxiv şəklindədir. İndi mən bunu fleş kart ve ya Dvd diskə yükləsəm format verəndə quraşdırmaq olacaq? Bir də onu qurduqdan sonra komputer açılanda ofis proqramlarından əlavə driver yükləməliyəm? driver nə üçündü hansı proqram məsləhətdi?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Cfr Cavid (2020-05-21 10:57:49)
Salam.Siz flash karta köçürmək istəyirsinizsə,flash kartı komputerə yerləşdirin. Windows 7 USB/DVD Download Tool 1.0 proqramını yükləməlisiniz.Flash karta Windows 7 iso faylını yerləşdirmək üçün istifadə edilir. https://www.gezginler.net/indir/windows-7-usb-dvd-download-tool.html Bu linkdən yükləyə bilərsiniz.Yüklədikdən sonra proqramı açın və iso faylını bura yerləşdirin.Dəvam-a basın.Yükləmə gedəcək.Ancaq internetə toxunmayacaq.Yüklənmə bitdikdən sonra Windows 7 iso faylı flash karta daxil olacaq.Etibarlıdır.Mən bunu 1 neçə dəfə etmişəm.

Sahmar.M (2017-03-05 20:16:18)
Orda Windows 7 64bit seçdim 10 dənə driver gəldi hərəsinin içində 5-6 fayl onların hərəsindən bir dənə yükləsəm bəs edər yoxsa hamısın yükləməliyəm? http://imgur.com/a/pdgWh

selef (2017-03-05 19:01:39)
En yaxisi resmi saytinda yukle driveri https://www.asus.com/ru/Motherboards/P8H61M_LE_R20/HelpDesk_Download/

Hüseyn Əliyev (2017-03-04 12:59:01)
Flaş katra yada disqə atıb ordan boot olaraq format eləmək istəyirsənsə arxivdən çıxarmalısan. Drayverlərə gəldikdə isə hamısıynan tək tək əlləşməyə ehtiyyac yoxdu, Slim Driver proqramını yüklə quraşdır, o bütün lazımlı drayverlərin ən yeni versiyaların tapıb yükləmə linkin göstərir. Ofis proqramlarıysa əgər yüklədiyin Windovsun öz içində yoxdusa özün tapıb yükləməlisən. Ümumiyyətcə windovsu qurduqdan sonra bilməyən biri üçün ən başlıca problem onu orjinal eləmək və vindovs aeronu quraşdırmaq olur.

Sahmar.M (2017-03-04 08:27:16)
Asus P8H61-M LE R2.0

selef (2017-03-04 01:29:15)
siz ana platanin markasini adi familyasini yazin bura aida64 proqram var onunla baxin yada ki boyrunu acib baxin

Sahmar.M (2017-03-02 20:20:42)
Rəsmi saytdan yükləyə bilmirəm. Bir dəfə burda link vermişdilər girdim baxdım 25 simvollu kod istəyirlər. Ona yazmıyanda yükləmək olmur necə yüklüyürlər? Mən başqa saytdan yükləmişəm.

selef (2017-03-02 13:44:40)
Dirverlər çox vaxti windows tapir (kamera - printer - bəzi qurqulardan başqa) amma siz rəsmi saytından yükləyin - driverlərdə yenilənir misal. əgər ana plata Asusdursa https://www.asus.com/ru/support/ hər bir qurğunun öz rəsmi saytından formatdan qabaq driver yükləyin flashkaya (əsasən LAN . Wifi driverni sonra 2 saat driver axtarmayın) ofis proqramında yenidən yükləyib yazmalısınız

Sahmar.M (2017-03-02 11:40:12)
Mən 3 dənə disk tapdım evdən: 1)a4tech webcam driver-free 2)Galaxy graphics card driver installation disk 3) Asus.Motherboard (markası da yazılıb) windows7 ready Bunları format sonra etsəm yenə nəsə driver yükləmək lazımdı? Bir də driver yükləməli olsam komputerə uyğun hansı saytdan yükləyim?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Windows 7`də dizaynı necə dəyişim?

format olunmuş kompdan faylları geri qaytarmaq

windows 7 ACPI\ENE0100 драйвер

windows 7 driver yükləmək

Samsung GT-B5722 format kodu

flash kart format problemi