Kimya haqqında sayt yaratmaq istəyirəm.

Salam.Mən kimya müəlliməsiyəm.Kimya haqqında məlumatlar,testlər,materiallar və.s haqqında sayt yaratmaq istəyirəm.Səmimi deyim ki,pul qazanmaq məqsədi ilə açmaq istəyirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

korsan (2018-12-01 11:13:05)
Çətin məsələdir. Yalnız konkret bir sahəyə aid olan saytlar qazanc gətirmir Azərbaycanda. Xəbər və əyləncə saytları daha yaxşıdır. Mənim kimya haqqında saytım var (kimyachi.com). 1 ildən artıqdır fəaliyyət göstərir. Keyfiyyətlidir və kifayət qədər məqalə var. Amma 1 qəpik xeyir götürə bilməmişəm oradan. Ziyarətçi yoxdur demək olar ki. Kimya çox az insana maraqlıdır.

BayBak (2017-05-05 00:05:28)
Salam, xanım. Əgər kimyanı çox sevirsinizsə, sayta illərinizi ayıra biləcəksinizsə gözəl bir sayt yaratmağa başlaya bilərsiniz. İnternetdən (saytdan) pul qazanmağın yolları da fərqli ola bilər, ancaq ən əsası profesionallıqdır. İnternetdə Pul Qazan: Online Biznesə Başlamağın 9 Yolu http://www.web.com.az/internetdə-pul-qazan-online-biznesə-baslamagin-9-yolu/ Bu bloq yazısında deyildiyi kimi, özünüzü tanıda bilsəniz, online müəllim də ola bilərsiniz, təlimçi də. Lap Skype-la dərslər deyin, YouTube videoları yaradıb ordan da pul qazana bilərsiniz.

Rengler (2017-03-09 13:30:49)
Salam,men inanmiram ki,bununla chox pul qazanmaq mumkun olsun,her halda internetden pul qazanmagla bagli saytda axtarish aparin,bu haqda yazilar choxdur.

Behruz7 (2017-03-06 13:40:22)
Sizin sualınız bəs nədir?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Wordpres vs Jommla

WordPress hazir tema haqqinda

şəklin üzərində yazını silmək üçün sayt

Karikatura proqramı haqda sual

Reklam CPC , CTR , RPM dəyəri

Bu saytı hansı CMS-də yığa bilərəm?