Azərbaycan üniverstetləri

salam Azerbaycan inistutlarında proqramistlik peşəsin yaxşı öyrədirlər


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(09:35, 13/03/2017 ) #67822

Mən hal-hazırda ANDSUda 4cü kursda təhsil alıram və deyə bilərəm ki, bu universitetdə Komputer Elmləri və ya Komputer Mühəndisliyi ixtisasları üzrə normal biliyə malik olan bircə müəllim və ya müəllimə tapa bilmərsən, çünki yoxdur.

Digər universitetlərə gəldikdə isə bildiyim qədər deyə bilərəm ki, Azərbaycanda çox vaxt komputer sahəsi üzrə normal təhsil verən cəmi 3 universitetin adı hallanıb: Qafqaz universiteti, Xəzər universitetiAda universiteti.

1. Qafqaz Universiteti
Azərbaycanda komputer sahəsi üzrə ən yaxşı təhsili verən Qafqaz Universiteti idi. Ancaq son aylarda bəzi məsələlərə görə Qafqaz universitetinin başına gəlməyən qalmadı. Artıq demək olar ki, Qafqaz Universiteti mövcud deyil.

2. Xəzər Universiteti
Xəzər universitetinin komputer sahəsi üzrə yaxşı təhsil verdiyi barədə yəqin ki, çox adam eşidib. Məndə elə bilirdim. Ancaq bu ixtisas üzrə təhsil alan bir neçə tanışım belə olmadığını dedi. Universitetin əsas üstünlüyü ingilis dilində təhsil verməyi və rüşvətin olmamağıdı. Komputer üzrə təhsilə gəldikdə isə vəziyyət heç də ürək açan deyil.

3. Ada Universiteti
Ada universiteti hal-hazırda Azərbaycanda yeganə universitetdiki ora hazırlaşmağa dəyər. Çünki həm təhsili ingilis dilindədir, həm rüşvət yoxdur, həm komputer sahəsi üzrə digər universitetlərdən daha yaxşı təhsil verir. Həmçinin bu universitet vasitəsilə xarici universitetlərə çıxış imkanı digər universitetlərə nəzərən daha rahatdır. Ada universitetinin bircə “mənfi”si var: universitet illiyi eşitdiyim qədəriylə çox bahadır.

Yuxarıdakı fikirləri 4 il ərzində gördüklərimə və sadaladığım universitetlərdə oxuyan dost-tanışdan eşitdiklərimə əsaslanıb yazmışam.
Sizə məsləhət görərdim ki, əgər imkanınız varsa avropa ölkələrinin birində təhsil alın. Ən pis halda Türkiyədə. Əgər bu da mümkün deyilsə, Ada Universitetində təhsil alın. Əgər buna da imkanınız çatmasa və ya alınmasa başqa bir universitetdə təhsil alası olsanız, universitetə arxalanıb 4 il yatmayın. Özünüz öz üzərinizdə çalışın və özünüz öyrənin. Çünki digər universitetlər çətin sizə komputer sahəsi üzrə nəsə öyrədə bilsin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:13, 14/03/2017 ) #67829

    çox sağolun cavablarınıza görə

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:29, 13/03/2017 ) #67827

BDU-nu mən qeyd edim
Birinci kursda bir qədər İT sahəsinə aid fənn keçilir sonra hər şey ali riyaziyyata dönür :/
Yuxarda qeyd tam düzdür siz özünüz internetdən,kurslardan,müəllim yanında necə olursa olsun özünüz bu sahə ilə maraqlanmalısnız yoxsa universitetlərdə kvadrat tənlik hesablamaqdan başqa heç nə öyrədilmir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Arda356 cavab verdi - Ps4 üçün daxili yaddaş diskinin həcminin artırılması (3 saat əvvəl)

E. Hacı cavab verdi - telefon satan meni aldadib. (10 saat əvvəl)

Vilayetden Sehadete Kimi cavab verdi - telefon satan meni aldadib. (13 saat əvvəl)

omermli0 cavab verdi - Katv yoxsa alfanet hansı daha yaxşıdır (23 saat əvvəl)

NONANE cavab verdi - Telefonda deffekt tapılıb, mağaza telefonu geri qəbul etmədi. (1 gün əvvəl)

E. Hacı cavab verdi - Telefonda deffekt tapılıb, mağaza telefonu geri qəbul etmədi. (1 gün əvvəl)

NONANE cavab verdi - Mağazadan alınan telefona İmei geydiyyat edilməsi bildirişi gəlib. (1 gün əvvəl)

E. Hacı cavab verdi - telefon satan meni aldadib. (1 gün əvvəl)

NONANE cavab verdi - Telefonda deffekt tapılıb, mağaza telefonu geri qəbul etmədi. (1 gün əvvəl)

E. Hacı cavab verdi - Hazırki Proqramları Appları 20 il əvvəl yaratmaq olurdumu? (1 gün əvvəl)

E. Hacı cavab verdi - Mağazadan alınan telefona İmei geydiyyat edilməsi bildirişi gəlib. (1 gün əvvəl)

E. Hacı cavab verdi - Telefonda deffekt tapılıb, mağaza telefonu geri qəbul etmədi. (1 gün əvvəl)

Ramazan cavab verdi - Windows parolunu unutmuşam Konpyuter açılmır (1 gün əvvəl)

Rehim 555 cavab verdi - Ryzen 5 2500u Apu Vega 8 (1 gün əvvəl)

Maqa cavab verdi - Aliexpress-dən telefon alsam gömrüyə nə qədər rüsum ödəməliyəm? (1 gün əvvəl)

Software Developer - 607 xal

E. Hacı - 599 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 423 xal

Ruslan Butdayev - 328 xal

Maqa - 313 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 21365 sualdan 93%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2019