Azərbaycan üniverstetləri

salam Azerbaycan inistutlarında proqramistlik peşəsin yaxşı öyrədirlər

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Nurlan Memmedli (2017-03-14 01:13:52)
çox sağolun

Nurlan Memmedli (2017-03-14 01:13:09)
çox sağolun cavablarınıza görə

insafsiz (2017-03-13 19:29:35)
BDU-nu mən qeyd edim Birinci kursda bir qədər İT sahəsinə aid fənn keçilir sonra hər şey ali riyaziyyata dönür :/ Yuxarda qeyd tam düzdür siz özünüz internetdən,kurslardan,müəllim yanında necə olursa olsun özünüz bu sahə ilə maraqlanmalısnız yoxsa universitetlərdə kvadrat tənlik hesablamaqdan başqa heç nə öyrədilmir.

Osminoq (2017-03-13 09:35:23)
Mən hal-hazırda ANDSUda 4cü kursda təhsil alıram və deyə bilərəm ki, bu universitetdə Komputer Elmləri və ya Komputer Mühəndisliyi ixtisasları üzrə normal biliyə malik olan bircə müəllim və ya müəllimə tapa bilmərsən, çünki yoxdur. Digər universitetlərə gəldikdə isə bildiyim qədər deyə bilərəm ki, Azərbaycanda çox vaxt komputer sahəsi üzrə normal təhsil verən cəmi 3 universitetin adı hallanıb: Qafqaz universiteti, Xəzər universitetiAda universiteti. 1. Qafqaz Universiteti Azərbaycanda komputer sahəsi üzrə ən yaxşı təhsili verən Qafqaz Universiteti idi. Ancaq son aylarda bəzi məsələlərə görə Qafqaz universitetinin başına gəlməyən qalmadı. Artıq demək olar ki, Qafqaz Universiteti mövcud deyil. 2. Xəzər Universiteti Xəzər universitetinin komputer sahəsi üzrə yaxşı təhsil verdiyi barədə yəqin ki, çox adam eşidib. Məndə elə bilirdim. Ancaq bu ixtisas üzrə təhsil alan bir neçə tanışım belə olmadığını dedi. Universitetin əsas üstünlüyü ingilis dilində təhsil verməyi və rüşvətin olmamağıdı. Komputer üzrə təhsilə gəldikdə isə vəziyyət heç də ürək açan deyil. 3. Ada Universiteti Ada universiteti hal-hazırda Azərbaycanda yeganə universitetdiki ora hazırlaşmağa dəyər. Çünki həm təhsili ingilis dilindədir, həm rüşvət yoxdur, həm komputer sahəsi üzrə digər universitetlərdən daha yaxşı təhsil verir. Həmçinin bu universitet vasitəsilə xarici universitetlərə çıxış imkanı digər universitetlərə nəzərən daha rahatdır. Ada universitetinin bircə "mənfi"si var: universitet illiyi eşitdiyim qədəriylə çox bahadır. Yuxarıdakı fikirləri 4 il ərzində gördüklərimə və sadaladığım universitetlərdə oxuyan dost-tanışdan eşitdiklərimə əsaslanıb yazmışam. Sizə məsləhət görərdim ki, əgər imkanınız varsa avropa ölkələrinin birində təhsil alın. Ən pis halda Türkiyədə. Əgər bu da mümkün deyilsə, Ada Universitetində təhsil alın. Əgər buna da imkanınız çatmasa və ya alınmasa başqa bir universitetdə təhsil alası olsanız, universitetə arxalanıb 4 il yatmayın. Özünüz öz üzərinizdə çalışın və özünüz öyrənin. Çünki digər universitetlər çətin sizə komputer sahəsi üzrə nəsə öyrədə bilsin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Payoneer yerli poçt xərci

Türkiyədən Azərbaycana pul göndərmək üsulu bilən?

Almaniya bank kartı üzərindən qazandığım pula görə vergi ödəmə

Azərbaycan dili online

Adsense Ödəmə

Azərbaycanda Google Adsense Çekləri