Saytdakı errorlar

Salam bəzi saytları incələyəndə bu şəkilin sağəndakı kimi errorlar görürəm.Onlar nədi helə?Düzəltmək olur onları?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Osminoq (2017-03-17 09:15:19)
Salam. Burda göstərilən error-lar frontend-də baş vermiş error-lardır. Saytın javascript, css və ya html-ində olan problemi burda göstərir. Məsələn, ola bilər ki, javascript-də function çağırmısız lakin browser bu function-ı təyin edə bilmir deyə error baş versin və s. Error-lara baxmaq üçün "Elements" -in yanındakı "Console"-a daxil olaraq error-ların nə olduğunu görə bilərsiz. Error-ların nə olduğunu biləndən sonra onları düzəltmək artıq sizə qalmış məsələdir.