Disket oxuyucu

Salam. Müəyyən bir işlə bağlı mənə xarici disket oxuyucu və disket lazımdır. Ebaydan sifariş etsəm uzun çəkəcək deyə Azərbaycandan almaq qərarına gəlmişəm. Azərbaycanda hardan xarici disket oxuyucu və disket ala bilərəm? Qeyd: tap.az, lalafo kimi saytlarda axtarış etmişəm lakin xarici disket oxuyucu tapa bilməmişəm. Təxminən aşağıdakı kimi bir şey axtarıraram:

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2017-03-31 12:56:55)
saytlar operativ olmur bizdə, zəng etmək daha yaxşı olar.

Osminoq (2017-03-31 12:29:54)
Bakinity-nin saytına baxdım orda tapa bilmədim. Təşəkkürlər cavaba görə.

E. Hacı (2017-03-22 21:26:25)
Bakinity mağazasına baş çəkin 28 mayda, bəlkə orda ola. Olmasa da onlar nəsə yerini bilər

Behruz7 (2017-03-21 20:33:28)
Çətin tapasan :D