Xarici plastik kartlara məhdudiyyət

Bildiyiniz kimi, bitcoin exchangelər özlərinin xüsusi plastik kartlarını istifadəçilərə 10-15 $ kimi xırda məbləğlərə verirlər.Mənim də uquid,payeer,xapo kimi elektron pul kisələrindən xarici kartlarm var .Amma Azərbaycanda bu kartları istifadə etməyə çəkinirəm.Kartlar üzərində ad soyad və Visa logosu olan adi debet kartlardı. Amma bizim atm-lərdən dollar valyutasında pul çəkməyi yoxlamamışam.Bizim ölkədə bu tipli xarici bank hesablarına bağlı kartları işlətmək sonradan başımı ağrıtmaz? Ümumiyyətlə aylıq 500$-dan yuxarı məbləğlərdən söhbət gedir.Bu tipli kartlar işlətmisiz burda? (Və dövriyyə nə qədər olub?) Vergi idarəsi kimi qurumlar fiziki şəxsin nəyə görə xarici plastik kart istifadə etdiyi ilə maraqlanmır? Nə kimi problemlərlə üzləşə bilərəm? Ətraflı cavablara görə əvvəlcədən minnətdaram!

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2017-03-18 17:04:09)
Dünyanın heç yerində niyə xarici kart işlədirsiz deyə soruşan olmur yəqin ki. Eləcə də bizdə. Çox adam işlədir, istər rus istərsə də aərb ölkələri kartları. bankomatda usd varsa usd, azn varsa azn çıxarmaq olur adi qaydada. sadəcə komissiya bir az çox olur pulu xaricdən çəkir deyə. 2-3% olur adətən faiz.