Bet oynamağın zərərləri və faydaları, başınıza gələnlər

Salam. Bet oynamağa yeni başlamışam və hələ ki qazanc əldə edirəm. Bu barədə təcrübələrinizi ,məsləhətlərinizi və başına gələnləri bölüşmənizi istərdim.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Maqa (2017-03-19 23:17:42)
Məndə 1-2 dəftə çox ciddi şəkildə oynadım əvvəllərdə marağım var idi oynamağa 1 həftə dalbadal qalib gəldim normalda qazanc var idi Artıq fikir verdim ki günü gündən bütün işlərimi atıb ancaq hansısa oyunlara şot yazırdım Asılılıq yaranmışdı məndə uzun sözün qısası iradəm çox güclüdür xatırladım ki Sadəcə olaraq çəkildim qırağa üstəgəl qazandığım pulların 2 qatını ödədim

E. Hacı (2017-03-19 15:44:19)
1. Bet zamanı sizin qazandığınız başqasının itirdiyidir. Yəni sizin qazanaraq əldə etdiyiniz xoşbəxtliyiniz başqasının həyatının məhv olması, bədbəxtliyi deməkdir. Hər bir qəpiyə aiddir bu. 2. Bet-də hər zaman qazanan bet-i təşkil edəndir. Bu gün qazanan sabah daha kəskin itirə bilər. Elə keçənlərdə qəzetdə bir nəfərin həyatından yazmışdı, Azərbaycanlı. Bet-də sürətli uğur qazanıb qısa müddətə maşın almışdı, sonra yenə qazanmışdı, daha sonrası isə faciə. Dalbadal uduzmaqlar, əvvəlki qələbələri təcili qaytarmaq niyyətilə tələsik qərarlar, daha pis uduzmaqlar, borclanmaq və sonda ailə faciəsi, həyat yoldaşı və anasını bıçaqlayıb öldürmüşdü evdəki qızılları aparıb satmaq istəyərkən. - hansı ki əhvalatın əvvəlində adam sizin kimi mənim kimi normal adam idi. Bu nümunələr saysız hesabsızdır. Hətta ətrafda tanışlardan da maraqlanıb bet-in bədbəxt etdiyi xeyli adam eşidə bilərsiniz. 3. Azartlı işlər hər zaman təhlükəlidir. Bir insan həyatda özünü təsdiq etmək istəyirsə, məhsuldar olmalıdır. Yəni cəmiyyətə nəsə verib əvəzində pul qazanmalıdır. Etdilklərinin izi qalmalıdır. Etdikləri insanların faydalanacağı məhsul da ola bilər, elm də öyrədə bilər, bina da tikə bilər, meyvə becərib satmaq da ola bilər, böyük şirkət qurub 100lərlə insanı işlə təmin edə bilər və.s. Əsas odur ki, insanın etdiyi şeyin nəticəsindən insanlar faydalansın. Bir sözlə insan özü özünə sual verməlidir ki, bu həyatda mənim məqsədim nədir? Nə yolla olur olsun pul qazanmaqmı, bir iz qoymaqmı, başqalarına faydalı olaraq pul qazanmaq və bundan zövq almaqmı, insanlara zərər vurmaqmı və.s. - ilk öncə bu suala cavab verilməlidir. Sonra artıq hər şey asan olacaq. Hər kəs gedəcəyi yoluna özü qərar verməlidir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Dövlət və Özəl Banklar

Aliekspres vergi limiti

Türkiyədən DHL ilə Pnevma almaq

Aliexpress den bir bank kartına 3 telefon almaq mümkündür?

Meizu m1 note 32 gb – Aliexpresse etibarlılıq

Namazov qiymətləndirmə testləri