Envato’da vergi

Salam. Belə bir sualım var. Mən envatoda tema satışına başlayıram. Orda "Tax" yəni vergi völməsi var. Orda "Tax id" tələb olunur. Ora VÖEN yazmalıyam yoxsa nə yazsam olar? Düz yazdığım nə dərəcədə yoxlanılr?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

loa sian (2020-02-25 20:12:56)
https://themeforest.net/user/lockthemes/portfolio

loa sian (2020-02-25 19:56:42)
Üstündən təxminən 3 il keçdi artıq və şükür ki dediyim 500` dollarıda keçdik :)

Elancc (2017-03-24 15:08:54)
Təşəkkürlər! :)

E. Hacı (2017-03-24 15:05:49)
"Deyəkki hesabımda 500$" - bu hissədə dayanaq. Nə vaxt ki, bu cümlədə "deyək ki" olmasa, yəni hesabda 500$ olsa, yolunu özünüz tapacaqsız, istər wire transfer ilə, istər karta köçürməklə - tapmasaz sual yerləşdirərsiz bu barədə. :)

Elancc (2017-03-24 14:58:41)
Cavabladığınız üçün təşəkkürlər! Birdə belə bir sualım var. Deyəkki hesabımda 500$ pul var. Onu kartıma köçürmək çətin işdir? Yəni deyilənə görə ordada əlavə pul çıxır. Ümumi olaraq bu barədə məlumat verə bilərsiz? Yəni o pul kartıma yüklənənə qədər təxminən nə qədər əlavə pul çıxılır.

E. Hacı (2017-03-24 11:58:40)
Yoxlanılmır. Orada əsas ABŞ üçün dəqiq daxil etmək lazımdır, çünki Envato Avstraliyadan ABŞ-a köçdü şirkət olaraq, ABŞ-ın qanunlarına görə məcbur bu bölməni yaratdı. Qeyri ABŞ-lılar nə daxil edir etsin fərq etmir orada. Əsas odur blank doldurub ABŞ-dan olmadığınızı göstərəsiniz. Vergi və.s. məsələlər o halda sizin öz boynunuza düşür, Envato qarışmır

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Aliexpressdən sifarişi imtina etdim

texnikum 10sinif

Gömrük yeni qerari

Sifarişin gömrükdə saxlanılması

Sürücülük məktəbi

gömrukden kitap kecməsi