Canon printer haqqında

Salam. Bilmək istəyirəm ki, smartfonum ilə printeri əlaqələndirmək üçün kabel var? (Yəni ki, məsələn telefonumda inbox-a gələn mail ismarıcı printerdən çıxarmağı nəzərdə tuturam.) Qeyd etdiyim kabel varsa online satışda , linkini göstərin burda zəhmə olmasa.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Galaxy (2017-03-31 21:35:24)
Aydın oldu. Çox sağolun cavablar üçün.

E. Hacı (2017-03-31 20:50:52)
Mən deyən cavab elə kompütersiz və kabelsiz həll üçündür. Sadəcə internet, local routere bağlı printer bəs edir. Yox birbaşa USB ile qoşmaq deyirsizse , Android bunu dəstəkləmir. Gərək yoxdur çünki. Bütün printerlər rahatlıqla şəbəkəyə qoşulur

Maqa (2017-03-31 19:32:22)
qardaş emailə gələn hər hansı bir məlumatı print bölməsindən çap edə bilərsən day kabelə ehtiyac yoxdur

Galaxy (2017-03-31 17:30:23)
Salam. Mən bilirsiz nəyi nəzərdə tuturam kompyuter istifadə etmədən sırf smartfon ilə printeri kabel ilə birləşdirim və E-mailə gələn hər hansı bir şeyi printerdən çıxarım. Hal-hazırda prosessorda problem olduğu üçün kompyuteri işlədə bilmirəm. Mən kompyuterlər və notebook satılan yerdə bir nəfərdən soruşmuşdum və o mənə demişdi ki belə kabel olur əslində smartfon ilə printeri əlaqələndirmək üçün. Bəlkə də mən səhv başa düşmüşəm. E. Hacı, yəni mən bilmək istəyirəm ki prossesorun iştirakı olmadan sırf smartfon və printeri əlaqələndirmək üçün kabel mövcuddur? Zəhmət olmasa yazardız.

E. Hacı (2017-03-31 12:12:56)
1. Printeriniz üçün Google Cloud Print ayarlayın. 2. Smartfonda Cloud Print app ilə nəyi istəsəz çap edin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Printer səhifələri rəqəmləmir

copy , scanner ve foto çıxartmaq üçün məsləhətli printer hansıdır

Gürcüstanda Canon Mağazası

Printer almaq

printer driveri

Fotoaparat almaq – 1100d