core qaldırmaq

Salam. Mənim noutbookum core 2 dir. Onu maksimum nrcr taxa bilerem. core3,5,7 kimi şeylər. Həm də ghz maksimum neçə ola bilər?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

texnobeginner (2017-04-05 21:12:57)
Cox sag olun.

Osminoq (2017-04-05 18:46:28)
Mən cooler-i dəyişmişdim. Dəqiq bilmirəm pəri tapa bilərsən ya yox. Qeyd: Cooler ilə Fan sinonim anlayışlardır.

texnobeginner (2017-04-05 13:09:05)
Cox sağ olun. Allah razı olsun. Son bir sey: kulerin ozunu deyismeliyem, yoxsa fanini ?(firlanan hisse) fani yanimizdaki saticidan sorusdum dedi yoxdu. o firlanan hisseni ayrica tapa bilerem yoxsa kulerin ozunu mutleq deismeliyem?

Osminoq (2017-04-05 09:35:58)
Əslində mən texnoustalıqdan daha çox proqramçılıqla məşğul oluram. Sadəcə bildiyim sual idi deyə cavab verdim. 1. HDD və SSD haqqında və fərqləri haqqında bu məqaləni oxuya bilərsiz, azərbaycan dilindədir: sdd və hdd ümumi baxış və onlar arasındakı fərqlər 2. Əgər windows əməliyyət sistemi işlədirsizsə, notebook-u sökmədən ssd, hdd olduğunu öyrənmək üçün daxil olun axtarış yerinə və "optimize drives" yazın. İlk tapılan proqrama daxil olun. Aşağıdakı kimi pəncərə açılacaq, buradan öyrənə bilərsiz: 3. Bu mənimdə başıma gəlib)) Fan-ın pəri qırıldıqdan sonra daha çox səs gəlməyə başlamışdı. Tək çarə yenisi ilə əvəz etməkdir.

texnobeginner (2017-04-04 21:43:42)
qardas hem de internetde islenmislerine baxdim teesuf ki ssd lr cox bahadi. Menim budcemi asir.

texnobeginner (2017-04-04 20:03:06)
Qardaş cavabınıza görə çox minnətdaram. Ramı 4- qaldırmışam. Çox nümunə götürdüm. Sizin biliyinizin texnousta səviyyəsində olduğunu müşahidə etdim buna görə də zəhmət deyilsə sizə 2 sual verim: Hdd dedikdə hard disk nəzərde tutursunuz yəqin. mən tez- tez hdd SSd eşitmişəm. onların fərqi nədir? bir de hdd ya ssd olduğunu noutbuku sökmədən necə oyrene bilerem? Bir de menim dostumun noutbukunun kulerinden dehset ses gelirdi. sokdum temizledim ,amma firlanan hisseni cixarda bilmedim. yene de ses gelirdi ve men bildim ki problem ondadi ne qeder dartdim acilmadi evezinde 3 qanadi qirildi lap mohkem dartmamisdim buna ne meslehet gorerdiniz?

Osminoq (2017-04-04 12:02:45)
Salam. Bu dediyiniz - mikroprosessor dəyişmək (məs, intel core i3 mikroprosessorunu intel core i5 ilə əvəz etmək) texniki olaraq mümkündür. Lakin adətən bu edilmir, çünki əlverişsiz üsuldur. Ona görə əlverişsiz üsuldur ki, mikroprosessor digər qurğularla uyğunluq təşkil edir. Yəni mikroprosessoru dəyişmək istədikdə bu digər qurğulara da təsir edir (məs, anakarta, ram-a, video karta və s.) Əgər məqsədiniz notebook-unuz sürətli işləməyini təmin etməkdirsə aşağıdakıları edə bilərsiz: 1. Ram-ı artırın. 2. HDD-ni SSD ilə əvəz edin. Yuxarıda yazdıqlarım adətən notebook-lar üçün tövsiyyə olunandır. Əgər notebook yox stolüstü komputer işlətsəydiniz onda yuxarıdakı siyahıya "3. Video kartı yeniləmək" maddəsini də əlavə etmək olardı. GHZ - fizikada keçilən tezliyin ölçü vahididir. GHZ - mikroprosessorun bir saniyədə neçə instruksiya (əmr) yerinə yetirdiyini göstərir. Mikroprosessorun GHZ tezliyi modeldən medolə dəyişir, yəni konkret olaraq maksimum bir qiyməti yoxdur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

128 bitlik nvidia videocard

ryzen yoxsa intel processorları?

İntel Core İ5 ücün xüsusi Ana lövhe lazımdır?