Html css javascript php

Salam hervaxtiniz xeyir. Mən şexsi saytimi açmaq isdiyirem. Xeber sayti. Html və css i azda olsa bilirəm və yavas yavas oyrenirem. Bilmek isdiyirem ki xeber sayti açmaq üçün html və css den sonra tek php bes eliyer? Yoxsa javascripti oyrenib sonra phpni oyrenmeliyem? Zehmet olmasa ətraflı cavab verin. Cavablariniz üçün indiden təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Osminoq (2017-04-05 11:46:53)
Javascript - frontend-də veb səhifələrə dinamiklik qatmaq üçün istifadə olunur. Məsələn, qeydiyyat formunu yaratmaq üçün: 1. html ilə qeydiyyat formu elementlərini (input-ları) yaradırsınız. 2. css ilə həmin forum elementlərinə dizayn verirsiz. 3. javascript ilə bu qeydiyyat formuna dinamiklik qatırsız. Tutaq ki, istifadəçi forma səhv məlumat daxil edərsə, məlumatları serverə göndərməzdən əvvəl birbaşa client tərəfdə yoxlamaq üçün javascript-dən istifadə edə bilərsən. Bunu əsasən istifadəçinin rahatlığını təmin etmək üçün edirlər.

Elmir.Shukurov (2017-04-05 01:06:06)
Cavaba gore cox saqolun. Bir seyde sorusum. Javascript tam olaraq ne ise yarayir? Men qeydiiyyat forum ve s. Bolumleri hansi dille duzeldecem?

newprogrammer (2017-04-04 20:45:18)
salam, herhansi server-side scripting (php,asp ve s.) dillerinden birini bilmek vacibdir. database ile islemek ucun sql dilin bilmek ve mysql database idareetme sistemini de bilmek lazimdir. Eger saytinizin qlobal seviyyeye qalxacagini planlasdirmisinsa CDN (content delivery network ) xidmetleri ile de maraqlanib ilkin bilikler qazanmaq lazimdir. He bir de css bildiyinizi demisiz. Her halda Responsive design barede melumatlisiniz. eger bele deyilse bu sadaladiqlarimdan qabaq responsive design barede melumat toplayin

Osminoq (2017-04-04 09:35:34)
Salam. Əslində məqsədiniz təkcə xəbər saytı açmaqdırsa, heç proqramlaşdırma bilməyə o qədər də ehtiyyac yoxdur. Hazır CMS-lər var ki, (məs, wordpress, joomla və s.) onlardan istifadə etməklə öz xəbər saytınızı heç bir proqramlaşdırma dili bilmədən yarada bilərsiz. Ancaq məqsədiniz təkcə xəbər saytı yaratmaq deyilsə, veb proqramçı olmaqdırsa, onda ilkin olaraq html, css və javascript (frontend dilləri) öyrənməlisiz. Daha sonra backend üçün php öyrənə bilərsiz. Bunuda qeyd etməliyəm ki, əgər veb proqramçı olmaq istiyirsinizsə, işin proqramlaşdırma hissəsindən əvvəl nəzəri hissəsini(məs, server-client münasibəti nədir, dns nədir, http, https protokolları nədir və s.) öyrənməyiniz yaxşı olar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

DIV komək

HTML problem

Online fontun açılması

Skript üzərində işləmək

HTML-də [code][/code] kimi teqlərin vəzifəsi nədir?

Sayt explorerdə açılmır səbəbini necə öyrənə bilərəm ?