Dubaydan gətirilən bir ədəd telefona qiymət limiti varmı?

Salam dostlar 1)Dubaydan online telefon almaq istəyirəm.Bilmək istərdim ki telefon alarkən qiymət limiti varmı yəni gömrükdən pul tutulacaqmı mənə? 2) Unvan yazarkən etibarlı olması üçün haranı yazmaq daha məsləhətlidir? Çox sağ olun.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Casper (2017-04-09 11:26:32)
Bucür aydın izaha görə sizə minnətdaram! Çox ama çox sağ olun!

E. Hacı (2017-04-08 12:28:36)
Xeyr. Heç bir problem yoxdur və poçt da sizdən heç nə tələb etməz. Mən dəfələrlə yazmışam işə yaxın hər hansı poçtu(fərqli fərqli poçtları). Sonra da gedib götürmüşəm. Əksinə poçt üçün o daha rahatdır ki, ünvan filan araşdırmlr ki bu hansı poçta yaxın evdir filan. Birbaşa özündə saxlayır, siz də gedib götürürsüz

Casper (2017-04-08 11:16:09)
Çox çox təşəkkür edirəm sizə!! var olun! Və bir də izninizlə bunuda soruşum ünvan olaraq poçt adresi yazmağımda bir problem varmı? buna görə poçt məndən çox böyük məbləğ tələb edərmi?

E. Hacı (2017-04-06 16:14:27)
1. 1000$ (azn yox) limiti var, ondan aşağıya rüsum yoxdur. 1000$-ı keçsə 1000dən yuxarı hissənin 36%i(və ta 33%). Yəni məsələn 1200$lıq telefon olanda 200*0.36=72$ əlavə rüsum ödənilir. 2. Rayonun, şəhərin, küçənin dəqiq adı və mobil telefon nömrəniz. Digər şeylər kritik önəmli deyil bizdə.(ev nömrəsi, zip kod və.s.)

Casper (2017-04-06 15:26:32)
Qeyd edim ki telefon 1000aznden bahadir.