Mage aplikasiyası haqqında

Salam. Play Store-da Mage aplikasiyası var, telefon nömrələrinin kimə aid olduğunu bilmək üçün. Deyilmişdi ki, bu aplikasiyadan istifadə etmək və qeydiyyatdan keçmək Azərbaycan üçün ləğv edildi amma mən bayaq yoxladım qeydiyyatdan keçmək istəyəndə qeydiyyat prosesinin başladığını gördüm amma elə həmin vaxt da bitirdim yəni ki aplikasiyadan çıxdım, qeydiyyatı tamamlamadım. Sualım budur ki, bu aplikasiyanın qeydiyyatdan keçən nömrələrə və telefonlara zərərləri nədir? Deyildi ki, qeydiyyatdan keçdikdən sonra başqaları müdaxilə edə bilir telefona. Bu doğrudur? Yəni ki təhlükəlidir qeydiyyatdan keçmək? Zəhmət olmasa bilirsinizsə cavab yazardız sualıma.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Galaxy (2017-04-08 14:14:33)
Aydın oldu. Cavablar üçün çox sağolun.

Maqa (2017-04-08 12:37:48)
Bəli elə artıq qadağan olub ölkədə istifadəsi

E. Hacı (2017-04-08 12:27:12)
Bəli burada söhbət sizin məlumatlarınızın internetə sızmasından gedir(kontakt kitabçanız). Mage və ya digər bənzəri sehrli deyil ki nömrənin kimə aid olduğunu tapa, onun tapma mexanizmi elə öyrənmək üçün ora girən userlərin hesabınadır. Yəni siz, dostunuz, başqa biri və.s. hamı girir ora nömrə öyrənməyə, yükləyərkən bütün nömrələriniz gedir onların bazasına. Beləcə N qədər adamın kitabçası birləşir və nəticədə böyük kitabça yaranır və sizdə olmayanları görürsünüz orada. Bu tip şeylərdən istifadə qəti məsləhət deyil.

NModern (2017-04-08 12:03:26)
Mage applikasiyasının işləmə prinsipi ona əsaslanıb ki, Siz applikasiyanı telefonunuza quraşdırdıqda həmin applikasiyanın Sizin telefonunuzdakı Kontaktları oxumasına icazə vermiş olursunuz. Həmin applikasıya da Sizin telefonunuzdakı kontaktları öz bazalarına göndərir və beləliklə bu applikasiyanın nömrə bazası formalaşır. Və orada nömrələrə uyğun çıxan adlar da, bu şəkildə yığılıb. Ən əsas zərərlərindən biri budur ki, özünüz bilərəkdən və ya bilmədən Şəxsi məlumatlarınızı sızdırmış olursunuz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ups çattirilma xitməti necə işləyir?

Dubaidan dostum mene işletdiyi telefonu göndermek istəyir

From.ae -dən alınmış telefonun ən tez və səmərəli çatdırılması

Android proqram

telefon koda düşüb

Android(Galaxy Gio) smartfonu root etmək istəyirəm