paypal Almaniya

Salam mən Almaniyada yaşayıram, tələbəyəm amma Azərbaycan vətəndaşıyam. Burda öz adıma Paypal hesabı açıb ödəniş qəbul edə bilərəm. Problem çıxmaz ki??

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2017-04-08 12:29:35)
Yəqin ki hə. Onu Almaniyada yaşayan hər hansı bir hüquqşünasdan və ya donation qəbul edən hər hansı developerdən soruşsanız daha yaxşı bilər hər halda. Hər ölkənin fərqli qanunvericiliyi var.

local (2017-04-08 11:08:35)
ödəniş qəbul edərkən donation-ları nəzərdə tuturdum. Donation üçün də vergi tələb olunur görəsən?

E. Hacı (2017-04-08 09:01:47)
Problem çıxar əlbəttə. İlk qəbul etdiyinizdən 1-2 ay sonra Almaniya vergi qurumundan ağır cərimə gələcək(1000 evroya yaxın, bu hələ ilk xəbərdarlıqdır deyə yüngüldür, sonrası daha pis olur). Vergi qeydiyyatı edib vergi ödəmədiyinizə görə. Almaniyada bir tanışda olub belə, oradan bilirəm. Amma əgər tax id əldə edib vergi filan ödəsəz təbii ki problem çıxmaz. Vətəndaşlığın bir maneəsi yoxdur bu işdə. Almaniyadasınızsa tam hüquqlu paypal istifadəçisi ola bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Poçt göndərişləri

Aliexpress

PayPal və IP ünvan

bıçaq təmir eləyən yer axtarıram

Ebaydan belə yazdılar

Aliexpress sifaris