Android telefonu donur

Salam mənim telefonum Cubot Rainbow dır,25-gün əvvəl aliexpress saytından almışam android versiyasi: 6.0.1, təzə alanda normal işləyirdi.. İndi isə çox yox biraz donur.. Nömrə yığanda dona dona yığır.. Bəzi programlarda donur qalır..yaddaşı 16gb dır, çox 6-7dənə vacib olan program yukləmişəm..clean master istifadə edirdim amma yenə donur xeyri yoxdur deyə sildim.. Qeyd edim ki, telefon 25günün telefonudur,yəni düşünürəm ki, formata extiyac yoxdur.. Birdəki hələdə qeydiyyatdan keçirməmişəm imeisin.. Cavablarınızı gözlüyürəm əziz istifadəçilər!

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Ziya@@ (2017-04-13 15:21:06)
Onu deyə bilərəm ki, dediyiniz "Clean Master" in heç bir təsiri yoxdur. Bunu 100% deyirəm.

insafsiz (2017-04-11 21:52:07)
Designer1-in də qeyd etdiyi kimi təəssüfki alıcıların bir çoxu telefon alarkən çipsetin , prosessorun , SAR dəyərin nəzərə almır və bir çox satıcı daha çox adı çəkilən RAM,daxili yaddaş və kamera (kameraları müqayisə etməkdəki detallar insanların işin çətinləşdirir) kimi detallarla insanların pulunu "qəsb edir".

Designer1 (2017-04-10 12:33:43)
Göstəricilərinə baxdım MT6580A, Mali 400, 1 GB RAM. MediaTek MT6580A prosessor ucuz və giriş səviyyəsi prosessordu. Buna görə $50-60 qiymətilə satılır. Bu qiymətə alınan telefondan çox şey gözləməyin.